Millət vəkili Q.Paşayeva 4-cü Beynəlxalq Türk Şölənində bütün Türk dünyasının Almaniya Bundestaqına müraciətə,etiraza çağırıb

Millət vəkili Q.Paşayeva 4-cü Beynəlxalq Türk Şölənində bütün Türk dünyasının Almaniya Bundestaqına müraciətə,etiraza çağırıb.

13308336_878371765608197_1192077801338823970_oMillət vəkili Q.Paşayeva Ərzurumda dünyanın hər tərəfindən gəlmüş Türk kökənli nazir,millət vəkili, aydın,alim, QHT və KİV rəhbərlərinin iştirak etdiyi 4-cü Beynəlxalq Türk Şölənində dünyanın hər yerində yaşayan türkləri qondarma erməni soyqırımını müzakirəyə çıxarmağa hazırlaşan Almaniya Parlamentinə müraciətə,etiraza səsləyib.Millət vəkili Q.Paşayeva ilk öncə ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edərək Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər barədə geniş məlumatılar verib. Millət vəkili Q.Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər. Millət vəkili Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə də çağırıb. Millət vəkili Türk dünyası diaspor və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb və əsl həqiqətləri geniş yaymalı, Azərbaycan və Türkiyə əleyhinə yalanlara imkan verməməliyik deyib. Millət vəkili Q. Paşayeva bütün Türk dünyasını qondarma erməni soyqırımı yalanları ilə mübarizədə də daha fəal olmağa çağırıb. Almaniya Bundestaqında qondarma erməni soyqırımı idddialarının müzakirəyə çıxarılacağı və qərar çıxarılacağı ilə bağlı xəbərlər hamımızı ciddi narahat etməlidir. “Bu iddiaların müzakirərə çıxarılması və ya bununla bağlı hər hansı bir sənədin qəbulu dünyanın hər yerində yaşayan Türk insanı üçün böyük zərbədir. Biz dədələrimizə qarşı bu cür böhtanların atılmasına icazə verməməliyik. Türk milləti heç bir zaman tarixində bir soyqırım törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq. Ermənilər həm 20-ci əsrin əvvələrində həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib. Amma təssüf ki, bu gün qondarma erməni soyqırımını öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər. Ona görə də biz dünyanın hər yerində daha da fəal olaraq yalanların qəbul edilməməsi, həqiqətlərin daha geniş yayılması üçün mübarizə aparmalıyıq. Bizim Almaniyada yaşayan yüzminlərlə insanımız bu məsələdə fəallıq göstərərək bu müzakirələrin aparılmaması və ya hər hansı bir sənədin qəbul edilməməsi üçün Almaniya Parlamentinə müraciətlər,etirazlar göndərməli, fəal çalışmalıdırlar. Eyni zamanda dünyanın hər yerində yaşayan gənclərimiz bununla bağlı öz etirazlarını sosial media üzrəindən və digər vasitələlərlə Almaniya millət vəkillərinə çatdırmalıdırlar. Bu istiqamətdə Türk dövlət və toplumları da ciddi addımlar atmalıdırlar. Biz hamımız birlikdə bu hallara qarşı mübarizəmizi daha da gücləndirməliyik”. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Konfransın sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Cahan Holdqinqin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

Advertisements

31.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: