Millət vəkili Q.Paşayeva 3-cü Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda Türk dünyasına çağırış edib

Millət vəkili Q.Paşayeva 3-cü Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda Türk dünyasına çağırış edib.

13321957_878588052253235_7150483796137653558_nTürk dövlət və toplumlarından gəlmiş universitet rektorları, elm xadimləri, QHT və KİV təmsilçilərinin iştirak etdiyi 3-cü Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda çıxış edən millət vəkili Q.Paşayeva Türk dünyası ziyalılarına səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Dünyada və bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türk dövlət və toplumlarının yanında olduğunu deyib. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı söylədiyi Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva bütün Türk dövlət və toplumları birimizin uğuru hamımızın, birimizin problemi də hamımızın problemidir düşüncəsi ilə hərəkət etsələr gələcəyə doğru hamımız daha da çox güclənərik deyib. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə universitet rektorları, elm xadimləri, QHT və KİV təmsilçilərinin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Q.Paşayeva Türk dövlət və toplumlarında gənclərimizə ortaq tariximizi oxutmalı,öyrətməliyik deyərək bunun vacibliyi ilə bağlı fikirlərini geniş çatdırıb.

Advertisements

31.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: