Millət vəkili Qənirə Paşayeva İslandiyanın Sənaye və Ticarət naziri Ragnheidur Elin Arnadottir ilə görüşdə köçkün qadınlardan danışıb

Millət vəkili Qənirə Paşayeva İslandiyanın Sənaye və Ticarət naziri Ragnheidur Elin Arnadottir ilə görüşdə köçkün qadınlardan danışıb.

13181008_1040768785960278_92950153_nGörüşdən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva  Azərbaycanın İslandiya ilə bütün istiqamətlərdə  əlaqələrin  inkişafına böyük önəm verdiyini deyib.  Azərbaycan  ilə  İslandiya  arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini deyən millət vəkili bu əməkdaşlığın hər  iki  dövlətin  təmsil olunduğu  beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənməsinin vacibliyinə toxunub. Azərbaycanın İslandiya  ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q. Paşayeva eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib və Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvəllərində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları xanım nazirə təqdim edib. Ölkəsinin  Azərbaycanla  əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən   İslandiyanın Sənaye və Ticarət naziri Ragnheidur Elin Arnadottir  ilə Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi də aparılıb.

Advertisements

27.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: