Millət vəkili Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini Mari Kiviniemi ilə görüşdə köçkün qadınlardan danışıb

Millət vəkili Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini Mari Kiviniemi ilə görüşdə köçkün qadınlardan danışıb.

13153512_1040784659292024_1309669481_nMillət vəkili Q.Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabiq baş naziri Mari Kiviniemi ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin 20 ildən çoxdur ki, rəsmi İrəvan tərəfindən həyata keçirilməməsi və bunun nəticəsində öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. Q.Paşayeva 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmədikləri üçün böyük sarsıntılar yaşayan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının, köçkünlərin  beynəlxalq təşkilatlardan onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini  diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabiq baş naziri Mari Kiviniemiyə Azərbaycanla bağlı  məlumatlar verən millət vəkili  ondan bir qadın kimi 20 ilə yaxındır ki, öz yurd-yuvasına dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Ermənistan tərəfindən pozulmaqda davam edən haqlarının bərpası, öz evlərinə dönə bilməsi istiqamətində öz səylərini daha da artırmasını xahiş edib. Millət vəkili Q.Paşayeva Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini və əməkdaşlığın genişlənməsinin hər iki tərəf üçün önəmini xüsusi vurğulayıb.Millət vəkili Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin müavini, Finlandiyanın sabiq baş naziri Mari Kiviniemiyə Qarabağ həqiqətlərini  özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu da təqdim edib. Görüş zamanı millət vəkili Q.Paşayeva Azərbaycanda qadın haqları, cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində görülən işlər barədə də məlumat verib və fikir mübadiləsi aparılıb.

 

Advertisements

24.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: