Millət vəkili Q.Paşayeva MM-də gənclərin çağırışını səsləndirib və Təhsil kreditləri haqqında qanunun qəbuluna çağırıb

Millət vəkili Q.Paşayeva MM-də gənclərin çağırışını səsləndirib və Təhsil kreditləri haqqında qanunun qəbuluna çağırıb.

sempozyum 1Təhsil kreditləri haqqında qanun təcili olaraq müzakirəyə çıxarılmalıdır, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır. Bunu bu gün Elm haqqındda qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Q.Paşayeva deyib. O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər, ailələr millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər:”Amma təhsil kreditləri qanunu qəbul olunarsa həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar.Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu təhsilin də elmin də inkişafına özünün ciddi müsbət töhvələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Bu gün bəzi bankların verdiyi təhsil kreditləri qısa müddətə verilir və yüksək faizlidir və bu istiqamətdə problemləri həll edə bilməz. Artıq yaz sessiyası başa çatır. Mən təklif edirəm ki, bu qanun layihəsi müzakirəyə çıxarılsın. Çünki indi dərs ili başa çatır və yeni dərs ilinin başlanmasına qədər ailələr, gənclər bilmək istəyir ki, təhsil kreditləri qanunu olacaq ya yox. Onlar buna ümid edə bilərlər ya yox”. Bir çox qonşu ölkələrdə də təhsil kreditlərinin geniş yayıldığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, bir müddət əvvəl millət vəkilləri Ə.Məsimli və V.Əhmədovun hazırladığı qanun layihəsi müzakirələr çıxarıla bilər və bu müzakirələr çox vacibdir:”Elm haqqında qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri İsa müəllim böyük narahatlıqla magisturaturadan elmə üz tutan gənclərin sayının getdikcə azaldığını vurğuladı. Bu bizim hamımızı narahat edir. Bu çox yaxşı haldır ki, Elm haqqında qanun layihəsində doktorantura təhsili üçün təhsil kreditləri öz əksini tapır amma bu bütün ali təhsil pillələrini əhatə etməlidir ki, imkanları aşağı amma istedadlı gənclər bakalavr təhsilini davam etdirib magistraturaya oradan da elm arxasınca gedə bilsinlər”. Millət vəkili Q.Paşayeva bildirib ki, gənclərin elm dalınca getməsindəki problemlərdən biri də maddi imkanlarla bağlıdır. Ona görə də elm dalınca gedən gənclərin sosial ipoteka vasitəsilə mənzil ala bilməsi məsələsinin qanun layihəsində konkret öz əksini tapmasını çox vacibdir. Hər bir kəs vətən qarşısında hərbi xidmətini yerinə yetirməlidir amma davamlı təhsil istiqamətində yaxşı olardı ki, gənclər magistraturaya daxil olursa onlar magistraturanı bitirənə qədər onlara möhlət verilsin və magistratura təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollansınlar. Bu təhsilin keyfiyyəti ilə bərabər elmin inkişafına dəstək istiqamətində də vacib olardı. Biz dövlətin dəstəyi ilə xarici ölkələrin tanınmış ali məktəblərinə gəncləri oxumağa göndəririk və ya bu cür addımları dəstəkləyirik. İmkan vermək lazımdır ki, gənclər magistratura təhsillərini başa vursunlar və ondan sonra oradan hərbi xidmətə yollansınlar. Gənclərimiz arasında elmə meyilliliyin artması bizim üçün ən vacib məsələlərdən biridir və ümid edirəm ki, Elm haqqında yeni qanun bu istiqamətdə ciddi töhvələr verə biləcək deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən təhsildən, elm sahəsindən uzaqlaşmaması üçün bundan sonra da davamlı addımların atılması vacibdir. Millət vəkili Q.Paşayeva MM-də gənclərin çağırışını səsləndirib və Təhsil kreditləri haqqında qanunun qəbuluna çağırıb. Təhsil kreditləri haqqında qanun təcili olaraq müzakirəyə çıxarılmalıdır, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır. Bunu bu gün Elm haqqındda qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Q.Paşayeva deyib. O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər, ailələr millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər:”Amma təhsil kreditləri qanunu qəbul olunarsa həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar.Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu təhsilin də elmin də inkişafına özünün ciddi müsbət töhvələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Bu gün bəzi bankların verdiyi təhsil kreditləri qısa müddətə verilir və yüksək faizlidir və bu istiqamətdə problemləri həll edə bilməz. Artıq yaz sessiyası başa çatır. Mən təklif edirəm ki, bu qanun layihəsi müzakirəyə çıxarılsın. Çünki indi dərs ili başa çatır və yeni dərs ilinin başlanmasına qədər ailələr, gənclər bilmək istəyir ki, təhsil kreditləri qanunu olacaq ya yox. Onlar buna ümid edə bilərlər ya yox”. Bir çox qonşu ölkələrdə də təhsil kreditlərinin geniş yayıldığını deyən millət vəkili Q.Paşayeva bildirib ki, bir müddət əvvəl millət vəkilləri Ə.Məsimli və V.Əhmədovun hazırladığı qanun layihəsi müzakirələr çıxarıla bilər və bu müzakirələr çox vacibdir:”Elm haqqında qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri İsa müəllim böyük narahatlıqla magisturaturadan elmə üz tutan gənclərin sayının getdikcə azaldığını vurğuladı. Bu bizim hamımızı narahat edir. Bu çox yaxşı haldır ki, Elm haqqında qanun layihəsində doktorantura təhsili üçün təhsil kreditləri öz əksini tapır amma bu bütün ali təhsil pillələrini əhatə etməlidir ki, imkanları aşağı amma istedadlı gənclər bakalavr təhsilini davam etdirib magistraturaya oradan da elm arxasınca gedə bilsinlər”. Millət vəkili Q.Paşayeva bildirib ki, gənclərin elm dalınca getməsindəki problemlərdən biri də maddi imkanlarla bağlıdır. Ona görə də elm dalınca gedən gənclərin sosial ipoteka vasitəsilə mənzil ala bilməsi məsələsinin qanun layihəsində konkret öz əksini tapmasını çox vacibdir. Hər bir kəs vətən qarşısında hərbi xidmətini yerinə yetirməlidir amma davamlı təhsil istiqamətində yaxşı olardı ki, gənclər magistraturaya daxil olursa onlar magistraturanı bitirənə qədər onlara möhlət verilsin və magistratura təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollansınlar. Bu təhsilin keyfiyyəti ilə bərabər elmin inkişafına dəstək istiqamətində də vacib olardı. Biz dövlətin dəstəyi ilə xarici ölkələrin tanınmış ali məktəblərinə gəncləri oxumağa göndəririk və ya bu cür addımları dəstəkləyirik. İmkan vermək lazımdır ki, gənclər magistratura təhsillərini başa vursunlar və ondan sonra oradan hərbi xidmətə yollansınlar. Gənclərimiz arasında elmə meyilliliyin artması bizim üçün ən vacib məsələlərdən biridir və ümid edirəm ki, Elm haqqında yeni qanun bu istiqamətdə ciddi töhvələr verə biləcək deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən təhsildən, elm sahəsindən uzaqlaşmaması üçün bundan sonra da davamlı addımların atılması vacibdir.

Advertisements

17.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: