Millət vəkili Q.Paşayeva bildirib ki, gənclərin elm dalınca getməsindəki problemlərdən biri də maddi imkanlarla bağlıdır

Bu gün Milli Məclisdə Elm haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva bildirib ki, gənclərin elm dalınca getməsindəki problemlərdən biri də maddi imkanlarla bağlıdır

Qənirə PaşayevaOna görə də elm dalınca gedən gənclərin sosial ipoteka vasitəsilə mənzil ala bilməsi məsələsinin qanun layihəsində konkret öz əksini tapmasını çox vacibdir. Hər bir kəs vətən qarşısında hərbi xidmətini yerinə yetirməlidir? amma davamlı təhsil istiqamətində yaxşı olardı ki, gənclər magistraturaya daxil olursa onlar magistraturanı bitirənə qədər onlara möhlət verilsin və magistratura təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollansınlar. Bu təhsilin keyfiyyəti ilə bərabər elmin inkişafına dəstək istiqamətində də vacib olardı. Biz dövlətin dəstəyi ilə xarici ölkələrin tanınmış ali məktəblərinə gəncləri oxumağa göndəririk və ya bu cür addımları dəstəkləyirik. İmkan vermək lazımdır ki, gənclər magistratura təhsillərini başa vursunlar və ondan sonra oradan hərbi xidmətə yollansınlar. Gənclərimiz arasında elmə meyilliliyin artması bizim üçün ən vacib məsələlərdən biridir və ümid edirəm ki, Elm haqqında yeni qanun bu istiqamətdə ciddi töhvələr verə biləcək deyən millət vəkili Q.Paşayeva bildirib ki, özəlliklə maddi imkanları zəif ailələrin istedadlı övladlarının maddi imkanlar üzündən təhsildən, elm sahəsindən uzaqlaşmaması üçün bundan sonra da davamlı addımların atılması vacibdir.

Advertisements

17.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: