5-ci Anadolu Kitab Fuarında Q.Paşayevanın kitablarının imza mərasimi böyük maraqla qarşılanıb

5-ci Anadolu Kitab Fuarında Q.Paşayevanın kitablarının imza mərasimi böyük maraqla qarşılanıb.

13230951_1045982842105539_1282934409_oQənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri”  kitabları da daxil olmaqla kitablarının 5-ci Anadolu Kitab Fuarında təqdimatı və imzalanması olub. Tədbirin təşkilatçılarına və iştirak edənlərə və medya mənsublarına  təşəkkür edən millət vəkili Qənirə Paşayeva kitablarından geniş danışaraq “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” deyərək oxucular üçün kitablarını imzalayıb. Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu  kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci baskı ilə çap olunacağı və qısa zamanda satılacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

Advertisements

16.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: