Adıyaman və Afşində Q.Paşayevanın kitablarının təqdimat və imzalanması böyük maraqla qarşılanıb

Türkiyənin Adıyaman vilayətində və Afşində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması mərasimi olub

13133397_1620037654984398_14289812595886508_nTədbirlərdə  çoxlu sayda ziyalıları, gənclər, jurnalistlər iştirak ediblər.Təqdimat zamanı millət vəkili Qənirə Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri”  kitabları da daxil olmaqla kitablarının  təqdimatı və imzalanması olub.  Bu cür gözəl tədbirlərin təşkili üçün Afşin bələdiyyəsinə və Adıyaman Türk Ocaklarına, tədbirdə iştirak edənlərə və medya mənsublarına  təşəkkür edən millət vəkili Qənirə Paşayeva “bizim ailəmiz zəngin deyildi, amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu  gözəl dostlarım var. Mən də çox zəngin insanam çünki sizin kimi çoxlu dəyərli dostlarım var” deyən Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif  yoldaşlarından və kitablarından geniş danışaraq “Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir” deyərək qədim Afşin və Adıyamanı Azərbaycanda daha geniş tanıtmaq üçün “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabında bu iki qədim bölgəmizin də yer alacağını deyib. Millət vəkili sonra Adıyaman və Afşin  ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb. Afşin bələdiyyə başqanı və Adıyaman Türk Ocaqları millət vəkili Qənirə Paşayevaya kitabların təqdimat və imzalanmasında iştirak üçün dəvətlərini qəbul etdiyi təşəkkürlərini bildiriblər.Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu  kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci baskı ilə çap olunacağı və qısa zamanda satılacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.

 

Advertisements

14.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: