Millət vəkili Qənirə Paşayeva ŞKTC-nin baş naziri Hüseyin Özgürgün ilə  görüşündə Dağlıq Qarabağ münaqişəsindən danışıb

Türk Dünyasının problemləri ilə bağlı ŞKTC-də kofrans verən millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün  ilə  görüşüb

ganire-pasayeva-kktc-basbakani-ozgurgun-le-go-8402327_x_oMillət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgünilə görüşdə dost, qardaş azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb. Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri hüseyin Özgürgün  Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC-nin baş naziri Hüseyin Özgürgün ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından, Azərbaycan torpaqların 20 faizinin hələ də Ermənistanın işğal altında saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduğunu  deyən ŞKTC-nin baş naziri Hüseyin Özgürgün beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu deyib.  Azərbaycanla bağlı gözəl fikir və duyğularından dolayı təşəkkür edən millət vəkili Qənirə Paşayeva AŞPA-da bir neçə il bərabər çalışdığımız həmkarımızın baş nazir seçilməsindən məmuniyyət duyduq və təbrik edirik deyib. Hüseyin Özgürgün Azərbaycanı çox sevdiyini və qardaş ölkə ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verəcəklərini deyib. Görüşlər zamanı  Xocalı Soyqırımı barədə ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva ŞKTC-nin baş naziri hüseyin Özgürgünə   həmmüəllifi olduğu  “Karabağ hikayeleri” kitabını, Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.  Görüş zamanı KKTC-də təhsil alan azərbaycanlı tələbələrlə də bağlı fikir mübadiləsi olub. Onlar sizə əmanətdir deyən millət vəkili Q.Paşayeva baş nazirdən azərbaycanlı təbələrin ortaya çıxan problemlərinin həllində hər zaman dəstək olmağı xahiş edib və bu istiqamətdə həssaslıqları üçün təşəkkür edib.

Advertisements

05.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: