Trabzonda “Karabağ hikayeleri”inin təqdimat və imzalanması böyük maraqla qarşılanıb

Türkiyənin Trabzon şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitabların təqdimat və imzalanma mərasimi olur

????????????????????????????????????

Yüzlərlə insan, özəlliklə gənclərin qatıldığı tədbirdə  Trabzon və Türkiyənin bir sıra ziyalıları,  rəsmiləri,  yazarları,  jurnalistləri  imza mərasimində iştirak edib. Trabzon bələdiyyəsinin sədri və Trabzon valisi millət vəkili Q.Paşayevanın Türk dünyasının birliyi, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində fəaliyətini yüksək qiymətlədirdiklərini deyərək qardaş Azərbaycanın Beynəlxalq Kitab Sərgisində iştirakından böyük məmuniyyət duyduqlarını deyiblər. Tədbirin təşkilatçılarına təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva özəlliklə gənclərə “Karabağ hikayeleri”ni oxumalarını, ortaq tariximizi dərindən öyrənməyi tövsiyyə edib.  Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə Q. Paşayeva “Karabağ hikayeleri” kitabının tərtib edilməsində əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”.Q. Paşayeva Qarabağ münaqişəsi ilə bağlı konfrans da verib. Millət vəkili Qənirə Paşayeva gənclərin müəllifi olduğu  kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün verilir və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmnundur. “Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili Qənirə Paşayeva açıqcası cəmi bir ay tamam olmamış “Allah, sevən kalplerdedir” kitabımın 2-ci baskı ilə çap olunacağı mənim üçün də sürpriz oldu, kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib. O, Türkiyənin bəzi bölgələrində və kitab sərgilərində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.  Millət vəkili yaxın günlərdə Türkiyədə yeni bir kitabının da nəşr olunacağını və oxuyucuların ixtiyarna veriləcəyini də deyib.

Advertisements

04.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: