Millət vəkili Q.Paşayeva Rizede QHT-lərlə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb

Millət vəkili Q.Paşayeva Rizede QHT-lərlə görüşdə onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb 

????????????????????????????????????

Rizede QHT-lərlə görüşdə Q. Paşayeva  onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artıracaqlarına inandığını deyib və Azərbaycan ilə Türk dövlət və toplumlarının QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə geniş söhbət açan millət vəkili  Azərbaycan QHT-ləri, KİV-ləri ilə Türk dövlət və toplumlarından olan QHT-ləri, KİV-ləri arasında əməkdaşlığın daha da artmasının Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında önəmli olacağından danışıb. Hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən QHT  rəhbər və təmsilçiləri Q. Paşayevaya  Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat veriblər. Görüşün sonunda millət vəkili QHT rəhbər və təmsilçilərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib.

 

Advertisements

03.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: