Q.Paşayeva Aydında Şəhid ailələri cəmiyyətini və şəhid ailələrini ziyarət edib

Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ problemi ilə bağlı Aydın vilayətində,  Nazilidə vilayətində konfranslar verən millət vəkili Q.Paşayeva səfər çərçivəsində Şəhid ailələri və Qaziləri cəmiyyətini də ziyarət edib.

12717949_220556834969000_3985224898134732285_nTürkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyəti üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə isə biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin deyiblər. Millət vəkili Q. Paşayeva eyni zamanda son günlər terrorla və terror təşkilatları ilə mübarizədə şəhid olan Aydın, Nazilidən şəhidlərin ailələrini də ziyarət edib, onlara azərbaycanlı qardaş-bacıları adından başsağlığı verib. Millət vəkili şəhidlərimizə Allahdan rəhmət, sizə səbr, buradakı insanımıza bir daha belə acılar yaşamamasını diləyir, terroru və arxasında duranları isə lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib: “Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Biz də bu hadisələrdən çox narahatıq və çox üzüldük. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”. Şəhid ailələri bu ziyarəti çox dəyərli hesab etdiklərini deyərək Azərbaycana, oradakı şəhid ailələrimizə də bizim salam və sevgilərimizi söyləyin deyiblər. Azərbaycanlı şəhid ailələrimizin şəhid övladları bizim də övladlarımızdır deyən şəhid ailələri bir millət və iki dövlət olan Azərbaycan və Türkiyənin güclənməsi üçün birliyimiz, bərabərliyimizin daha da güclənməsi ən böyük istəyimizdir deyiblər.

Advertisements

02.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: