Millət vəkili Q.Paşayevanın Rize valisi ilə görüşündə Qarabağ həqiqətlərinin bu bölgədə daha geniş yayılması ilə bağlı təklifləri dəstəklənib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Rize valisi Ersin Yazıçı ilə görüşüb

13131748_862454647199909_2886921120359217068_oMillət vəkili Q.Paşayeva Rize valisi ilə görüşdə qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Ersin Yazıçı Azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Rize valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə Rize vilayəti arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində qədim Rizenin də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Rize valisini ölkəmizə dəvət edib. Millət vəkili Q.Paşayeva görüşdə Rizedə təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Onlar sizə əmanətdir deyən millət vəkilinə Rize valisi hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. Vali Ersin Yazıçı millət vəkili Q.Paşayevanın Rizedə verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq Rizedə bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva Rizedə yeni konfrans təklifini qəbul etdiyini və yaxın zamanlarda təkrar gələcəyini söyləyib.

Advertisements

02.05.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: