Qənirə Paşayeva Nazili  Türk Ocaqlarını Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Nazili  Türk Ocaqlarını ziyarət edib, rəhbərliyi və üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıb

940968_221589504865733_3859234612795090408_n - KopyaNazili  Türk Ocakları rəhbərliyi və üzvləri görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər. Görüşdə Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib. Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı “Əli bəy Hüseynzadə Turan” kitabının İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə geniş yayılmasını yüksək qiymətləndirib. Kitabın artıq Türkiyənin 20-dən artıq vilayətində təqdimat və imzalanma mərasimlərinin yüksək səviyyədə keçirildiyini deyərək bu məsələdə dəstəyinə görə Türk Ocaqlarına təşəkkürünü bildirib və yaxın zamanlarda bir neçə bölgə və universitetlərdə də kitabın təqdimat və imzalanmasının keçiriləcəyini bildirib. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemi və məsələsi olduğunu və Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqtlərinin daha geniş yayılmasında türk gəncliyinin fəallığını daha da artırmasının vacibliyini, bu istiqamətdə də Türk Ocaqları ilə layihələrin artmasının əhəmiyyətini də vurğyulayıb. Azərbaycanı özümüzə vətən, Qarabağ problemini də öz ağrımız sayırıq deyən Nazili Türk Ocaqları rəhbərliyi bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər fəaliyyətin daha da aktivləşəcəyini deyiblər. Ziyarətin və görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək üçün Nazili Türk Ocaqlarının rəhbərliyini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı materialları Nazili Türk Ocaqlarına hədiyyə edib. Dəvəti məmnuniyyətlə qəbul edən Nazili  Türk Ocakları rəhbərliyi də öz növbəsində Türk Ocaqlarının fəaliyyəti ilə bağlı materialları millət vəkilinə hədiyyə edib. Millət vəkili Nazili  Türk Ocaqlarının bütün üzvlərinə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və Mətanət A şirkətinin dəstəyi ilə hazırlanmış Qarabağ həqiqətləri ilə bağlı materialları hediyye dib və gənclərimizə ortaq tariximizi daha dərindən öyrədilməsinin vacibliyi və bu istiqamətdə Türk Ocaqlarının rolunun vacibliyini xüsusi vurğulayıb.

 

Advertisements

29.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: