Millət vəkili Q. Paşayevanın Türkiyənin Hatay vilayətində Qarabağ parkı və Şəhidlər abidəsi təklifini bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib

Millət vəkili Q. Paşayevanın Türkiyənin Hatay  vilayətində Qarabağ parkı və Şəhidlər abidəsi təklifini bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib. 

IMG_3578Türkiyənin Hatay vilayətində, Dörd Yol bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar, “Olaylar” İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz  Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoyla görüşüblər.  Dörd Yol bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Yaşar Toksoya təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva və Yunus Oğuz  da son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Hatayın, Dörd Yolun  da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda Hatay, Dörd Yolun mərkəzi parklardan birinə ” Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət vəkili Q. Paşayeva və araştırmaçı-yazar, “Olaylar” İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz  bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar. Azərbaycanı çox sevdiyini deyən Hatay, Dörd Yol bələdiyyə başçısı Yaşar Toksoy Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Dörd Yol bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın  Hatay, Dörd Yolda  Qarabağ parkı və  Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başçısına  müəllifi  olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan  Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Hatay, Dörd Yolun da yer alacağını bildirib: “Azərbaycan insanına  Hatayı  daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Dörd Yol  bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva və araştırmaçı-yazar, “Olaylar” İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz  onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Dörd Yol  bələdiyyə başkanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni, Yunus Oğuz isə Türk dünyası ilə bağlı kitabları da bələdiyyə başqanı, bələdiyyə Məclis üzvlərinə imzalı hədiyyə ediblər.

 

Advertisements

25.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: