Millət vəkili Q.Paşayeva Zonquldağ Ticarət və Sənaye Palatasında Azərbaycandan danışıb

Millət vəkili Q.Paşayeva Zonquldağ Ticarət və Sənaye Palatasında Azərbaycandan danışıb və onları ölkəmizə dəvət edib

IMG_9223Millət vəkili Qənirə Paşayeva Zonquldağ Ticarət və Sənaye odasında  çıxışı zamanı  ümummilli lider Heydər Əliyevin dediyi kimi “Bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu və bu əlaqələrin və əməkdaşlığın getdikcə daha da inkişaf etdiyini bildirib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlığı dağıtması, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda millətimizin izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayeva Dağlıq Qarabağ probleminin və qondarma erməni soyqırımına qarşı mübarizənin bütün Türk dünyasının ortaq məsələsi olduğunu deyib. O, bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ciəsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ciəsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu bildirib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. “Azərbaycanın  güclənməsi  Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın  güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva  hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edən Zonquldağ  Ticarət və Sənaye Palatasının rəhbərliyi və üzvləri iki qardaş ölkənin bölgələri arasındada əlaqələrin getdikcə daha da genişlənməsinin önəmini vurğulayıb və bildiriblər ki, Zonquldağla Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması çox vacibdir. Millət vəkili  Qənirə Paşayevaya bu təkliflə Zonquldağ bələdiyyə başqanı və valisiilə görüşdə çıxış etdiyini, onların bu təklifə müsbət yanaşdığını vurğulayaraq iki qardaş ölkənin bölgələri arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini qeyd edib və Zonquldağın Azərbaycanın bölgələri ilə qardaşlaşması üçün  əlindən gələn dəstəyini göstərəcəyini deyib.  Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət münasibətlərinin, qarşılıqlı sərmayələrin getdikcə daha da artdığını söyləyən millət vəkili  Zonquldağ Ticarət və Sənaye odası rəhbərliyi və üzvlərini  ölkəmizə dəvət edib. Azərbaycanı çıx sevdiklərini söyləyən  Zonquldağ Ticarət və Sənaye odasıı rəhbərliyi və üzvləri dəvəti böyük məmuniyyətlə qəbul ediblər və gələcəkdə azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər. Sonda millət vəkili Qənirə Paşayeva Zonquldağ Ticarət və Sənaye Palatasının rəhbərinə  və üzvlərinə Azərbaycan tarixi və mədəniyyətini, Dağlıq Qarabağ həqiqətlərini  əks etdirən materiallar və müəllifi olduğu kitabları təqdim edib. Onlar da Azərbaycan-Türkiyə münasibətləri, gələcək prespektivlər və gənc nəsillərin bir-birimizi daha yaxından tanıma və sahiblənmə ruhunda tərbiyə edilməsinin vacibliyi ilə bağlı fikir və düşüncələrini bölüşüb, geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Azərbaycan, onun iqtisadi potensialı, ticarət və sərmayə imkanları barədə də geniş məlumatlar verib və bu istiqamətdə də sualları cavablandırıb.O bildirib ki, iş adamları iqtisadi inkişafa töhvələr verməklə bərabər hər zaman milli məsələlərlə bağlı ortaya çıxan problemlərə də çox duyarlı olmalı və dsətək göstərməlidirlər.

 

Advertisements

23.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: