Millət vəkili Q.Paşayeva İzmit rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin bu bölgədə daha geniş yayılması istiqamətində müzakirələr aparıb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İzmit bələdiyyə başqan müavini İbrahim Bulut ilə görüşüb

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığı, bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”. Millət vəkili Qənirə Paşayeva vali müavini ilə söhbət zamanı Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım törədiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. İzmitdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmasını yüksək qiymətləndiririk deyən millət vəkili Q.Paşayeva İzmitdə Azərbaycana hər zaman böyük diqqət olmasını, burada Azərbaycanla qardaşlığın gücləndirilməsinə çalışan qeyri-hökumət təşkilatlarına dəstək göstərilməsini  xüsusi vurğulayıb və təşəkkür edib. O yaxın zamanlarda Azərbaycanla bağlı yeni layihələrin artacağına, əməkdaşlığın daha da genişlənəcəyinə inandığını deyərək bir sıra təkliflərlə çıxış edib və müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva İzmit bələdiyyə başqan müavini İbrahim Buluta həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla izmit arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Qədim İzmitin də  Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.” Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində qədim izmitin da yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva İzmit bələdiyyə başqan müavini İbrahim Bulutu ölkəmizə dəvət edib. İzmit bələdiyyə başqan müavini İbrahim Bulut da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, – deyə o bildirib. Millət vəkili Q.Paşayeva görüşdə bu bölgədə təhsil alan azərbaycanlı tələbələr barədə valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Onlar sizə əmanətdir deyən millət vəkilinə İzmit bələdiyyə başqan müavini İbrahim Bulut hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. Görüşdə iştirak edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar da bir sıra təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb.

 

Advertisements

23.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: