23 ildir bu yolla gözəl Cəbrayılı gedə bilmirik

23 ildir bu yolla gözəl Cəbrayılı gedə bilmirik.

Cfn2WjmXEAA0H0dYol boyu bağlar da üzüntüdən, həsrətdən, bizsiz darıxdığından quruyub sanki… Cəbrayıla gəldiyinizi göstərən bu abidəni, löhvəni Cəbrayılı görmüş nəsil yaxşı xatırlayır. 23 ildi görə bilməmişdik. Lələ Təpə işğaldan azad edildikdən sonra görə bildim yenidən. Duyğularımı sözlərlə anlatmaq o qədər çətindir ki… Sağ olsun buraya 23 il sonra təkrar Azərbaycan bayrağı asan oğullar! Sizə çox minnətdarıq. Bu gözəl bayrağımızı burda təkrar görə bilmək o qədər gözəl bir duyğu idi ki, baxıb doyunca ağladıq.Sevinc gözyaşları idi. Burda dayanıb son dəfə Cəbrayılda olduğum zamanı xatırladım. Dostlarımızı, onların Cəbrayılda xoşbəxt həyatını. Sonra köçkün düşdülər. Cəbrayıl deye-deye gözlərini yumanlar oldu. Həsrət içində köçdülər bu dünyadan. 25 il əvvəl keçmişdim sonuncu dəfə Cəbrayıl yazılan bu yerdən. Sonra keçə bilmədik. İçimdə Cəbrayıl adlı böyük bir həsrət yarandı. 2 həftə əvvəl bu yerdə dayananda qeyri-ixtiyari doyunca ağladım. Sanki gözyaşı yığmışdım qurumuş üzüm kolları üçün gözlərimdə. Uşaqlığımın və gəncliyimin Cəbrayıllı xatirələri gəldi keçdi. Burada təkrar foto çəkmək düz 42 yaşımda təkrar nəsib oldu. Şükr etdim. Amma burdan o tərəfə Cəbrayılın içərisinə doğru uşaqlığımın ardınca gedə bilmədim. Yaradandan o günü görməyi hamımıza və mənə də nəsib etməsini dilədim. Burda torpağın qoxusu da bir başqa idi… Qoxlamaqdan doymur adam. İllərin həsrəti qəribə hissdir. Anlatmaq mümkün deyil sözlərlə. İnşallah az qaldı.İnanıram ki Ali Baş Komandanın rəhbərliyi altında, əziz Ordumuz, biz hamımız bir Millət olaraq torpaqlarımızın hamısını və Cəbrayılı da tamam işğaldan azad edəcəyik və yenidən yol boyu gözəl bağlarla zəngin Cəbrayıla gedəcək, orada evlərinə dönəcək dostlarımızın gözəl tədbirlərində iştirak edə biləcək, doyunca gəzə biləcəyik Vətənimizin bu gözəl parçasını. Lələ Təpə uğrunda və öncəbhədəki son döyüşlər zamanı şəhid olmuş əziz qardaşlarımız da daxil bütün şəhidlərimiz qarşısında baş əyirəm. Torpağın hər qapışı o qədər müqəddəsdir ki! İşğaldan azad etdiyiniz hər qarış Vətən torpağı üçün Ali Baş Komandanımıza və sizə min dəfələrlə minnətdarıq bu işdə xidməti olan əziz Ordumuz və zəhməti olan qardaşlarımız! İnşallah Cəbrayılı tamam işğaldan azad etdik xəbərinə oyansız insanlarımız yaxın günlərdə!

Advertisements

20.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: