Millət vəkili Q.Paşayevanın  Çanakkale Onsekiz Mart Üniversitetinde (ÇOMÜ)  Azərbaycan-Qafqaz Mərkəzi təklifini universitet rəhbərliyi dəstəkləyib

Millət vəkili Q.Paşayeva Çanaqqalada bir sıra tanınmış QHT və KİV rəhbərləri ilə görüşüb, Qarabağ problemi, Azərbaycan-Türkiyə münasibətləti ilə bağlı geniş müzakirələr aparılıb. 

????????????????????????????????????

Millət vəkili  Qənirə Paşayeva Çanakkale Onsekiz Mart Üniversitesinin(ÇOMÜ) rəhbərliyi ,alimləri  və burada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Universitet rəhbərliyi  millət vəkilini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edərək qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyiblər. Millət vəkili, Dr. Qənirə Paşayeva  Çanakkale Onsekiz Mart Üniversiteti (ÇOMÜ) ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib.  Universitetdə bir neçə dəyərli azərbaycanlı müəllimlərin, alimlərin də çalışdığını və öz töhvələrini verdiyini deyən millət vəkili Q.Paşayeva Universitetin rəhbərlyinə  və alimlərə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan-Qafqaz mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan-Qafqaz mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb.  Çanakkale Onsekiz Mart Üniversiteti (ÇOMÜ) rəhbərliyi və alimləri təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildiriblər. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva  Çanakkale Onsekiz Mart Üniversiteti (ÇOMÜ) rəhbərliyinə,alimlərə və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onları  Azərbaycana dəvət edib. Onlar dəvəti məmnuniyyətlə qəbul edərək universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyiblər və millət vəkili Q. Paşayevanın  Çanakkale Onsekiz Mart Üniversitetində (ÇOMÜ) verdiyi konfransı çox önəmli hesab etdiyini deyərək onu universitetdə yaxın zamanlarda konfranslar verməyə dəvət edib. Millət vəkili dəvəti böyük məmuniyyətlə qəbul edib. Millət vəkili Qənirə Paşayeva həmçinin universitetlərdə təhsil alan azərbaycanlı tələbələrlə də  görüşüb və gəncləri sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva ilk öncə tələbələrin təhsilləri, çətinlik və problemləri ilə maraqlanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Tələbələrə uğurlar arzulayan Qənirə Paşayeva tələbələrin oxuduqları təhsil müəssisələrində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Azərbaycanlı tələbələrin ölkəmizi xaricdə təmsil edən nümayəndələr də olduğunu deyən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrənməlidir ki, tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. “Hər birinizin oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlkarınız var və eyni zamanda sosial şəbəkələrdə çoxlu xarici dostlarıniz var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdıqmaq lazımdır”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb. Görüşün sonunda azərbaycanlı tələbələrə millət vəkili həmmüllifi olduğu “Karabağ hikayeleri” kitabını imzalı hədiyyə edib. Millət vəkili Q.Paşayeva universitetin Öyrənci Topluluqları rəhbərləri və üzvləri, həmçinin Çanaqqalanın bir sıra tanınmış QHT və KİV təsmiləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Çanaqqala KİV-lərinə Qarabağ problemi ilə yanaşı Azərbaycan tarixi, mədəniyyəti, iqtisadi potensialı ilə bağlı və Azərbaycan-Türkiyə münasibətləti ilə də bağlı geniş müsahibə verib və sualları cavablandırıb.

 

Advertisements

16.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: