Millət vəkili Q.Paşayevanın Çanaqqalada Azərbaycan parkı və qardaş bələdiyyələr təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.

 Millət vəkili Q.Paşayevanın Çanaqqalada Azərbaycan parkı və qardaş bələdiyyələr təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.

????????????????????????????????????

Millət vəkili Q.Paşayevanın Çanaqqalada Azərbaycan parkı təklifini bələdiyyə başqanı  qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib. Türkiyənin Çanaqqala bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Çanaqqala bələdiyyə başçısı Ülgür Gökhan ilə görüşüb.Millət vəkili Q.Paşayeva da son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Çanaqqalanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Çanaqqalanın mərkəzi parklardan birinə “Azərbycan” adının veriləcəyinə inandığını deyib və Çanaqqala bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Çanaqqalabələdiyyə başçısı Ülgür Gökhan Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.  Bələdiyyə başçısı millət vəkili Qənirə Paşayevanın Çanaqqalada Azərbaycan parkı təklifini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Çanaqqalanın da yer alacağını bildirib: “Azərbaycan insanına Çanaqqalanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Çanaqqala bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Çanaqqala bələdiyyə başkanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.Görüşdə araşdırmaçı-yazar İmdat Avşar da iştirak edib və bir sıra təkliflər ətrafında geniş müzakirələr olub.

 

Advertisements

16.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: