Keşkə dünyanın bütün dillərində mən səni sevirəm deyə bilsəydim….

Keşkə dünyanın bütün dillərində mən səni sevirəm deyə bilsəydim….

12973277_853865768058797_3969662617860205184_oÖn cəbhədə düşmənə layiqli cavab verib qəhrəmanlıq göstərən və şəhid olan mayor Vəlizadə Urfan Uzeyir oğlunun ailəsini ziyarət edib, şəhidimizə Allahdan rəhmət, əzizlərinə səbr dilədik və qanlarının yerdə qalmayacağını sözlədik. Oğlunun şəhidlik xəbərini alandan sonra ikinci dəfə insult keçirən, danışdıqca titrəyən əllərini gizlətməyə çalışan şəhidimizin atası “Vətən sağ olsun!” sözlərini söyləyəndə gözlərinə baxıram və mətanəti, mərdliyi qarşısında baş əyirik. Oğlu barədə danışmaq çətin olsa da şəhid övladının qeyrəti, qəhrəmanlığından ürək dolusu danışır və oğlumla fəxr edirəm ailəsinin də, millətinin də başını uca etdi deyir. Hamımız əziz qəhrəman şəhidimizlə fəxr edirik, qürur duyuruq deyirik.
Demə, sonuncu səfərindən sonra oğluyla əlaqə kəsiləndən Üzeyir əmi hiss edirmiş oğlunun bir daha qayıtmayacağını… Hər dəfə telefon zəng çalanda təlaşla soruşarmış “Ürfandır?” Təsdiq cavabını eşitməyəndə isə otağına çəkilirmiş. Evin gəlini Qızılgül xanım söyləyir ki, hadisədən bir gün əvvəl qardaşı Vidadi etdiyi zənglərə cavab almayanda narahat olub. Lakin gecə saat 12-də Ürfan qardaşına özü zəng edib deyir ki, narahat olmayın, salamatam, yaxşıyam. Xidməti vəzifəmlə bağlı telefona cavab verə bilmirəm. Aprelin 2-də isə səhər tezdən həyat yoldaşı Könüllə danışıb. Həmin gün qaynanası Qətibə xanımın ad günüdə olmalıymış. Deyib ki, mütləq özümü yetirəcəm. Amma həmin axşam verdiyi vədə əməl etməyib: “Vidadi internet portallarından oxudu ki, cəbhədə vəziyyət gərginləşib. O gündən sonra nə qədər zəng etsək də Ürfandan səs-səmir çıxmadı. Vidadinin ürəyinə sanki dammışdı ki, nəsə yaxşı olmayan hadisə baş verib. Onu sakitləşdirə bilmədim. Zəng çatırdı, amma cavab verən yox idi… Demə, döyüşə gedəndə telefonunu otaqda şkafa qoyubmuş. Vidadi ağlamağa başladı ki, qardaşıma nəsə olub. Dedi ki, Ürfan belə etməz, onun başında nəsə var…
Martın 31-də çıxmışdı evdən. Sonra mətbuatdan döyüşlər haqda oxuduq. Elə həmin axşamı Ürfanın iki hərbiçi dostu yoldaşıma zəng etdi. Heç nə söyləmədən dedilər ki, aşağı düşsün. Sanki ayaqları tutuldu qardaşının. Yeriyə bilmədi. Düz gözümün içinə baxıb dedi ki, mən o xəbəri eşitmək istəmirəm. Aşağı düşməyəcəm. Onda dayana bilmədim qaçaraq pilləkənləri birnəfəsə aşağı düşdüm. Aşağı düşdüyümü görüb o da binanın qabağında bizi gözləyənlərin yanına düşdü. Məndən uzaqlaşdılar. Hər üçü hönkürtüylə ağlayırdı… Xəbər verən də, alanda… Atasına bu xəbəri necə deyəcəyimizi bilmirdik. Sonra axşam hamını evə çağırıb xəbəri verdik. Ən sonda xanımına dedik. Şəkər xəstəsidir Könül, körpəsi var qucağında. Onların cənazələrinin neytral zonadan götürülmə xəbəri bizə verilənədək düşünürdük ki, yaralıdır, qayıdacaq… Elə indi də öldüyünə inanmırıq. Sanki harasa uzaq səfərə gedib, qayıdacaq, hər zamankı təbəssümüylə…
Az sonra Könül xanımla əlaqə saxladıq. Demə, gec olduğundan körpələrini kirayə qaldıqları mənzilə aparıb. Könül xanım qucağında bu dunyanın ədalətsizliyindən bixəbər gülümsəyən bir yaşlı Betüllə qarşımıza çıxır. Otaqda sıxlıqdır. Könül xanım deyir ki, Ürfanın adını qürurla daşıyıram. Onun balaları – qızları atalarının yolunu gözləsələr də, başa düşürlər ki, onların atası qəhrəmandır. Biz çox sevinirik ki, şəhidlərimiz canlarını qurban versələr də düşmənlərimizə qalib gəliblər. Ürfan həmişə deyirdi ki, biz torpaqlarımızı mütləq azad etməliyik, bu problemi bizdən sonrakı nəsillər üçün saxlaya bilmərik. Necə olursa-olsun, canımız, qanımız bahasına olsa belə, torpaqlarımızı azad etməliyik. Biz öz torpaqlarımızı heç kəsə verməyəcəyik. Allah bütün şəhidlərə rəhmət eləsin, deyir Könül xanım…
Göz yaşları dayanmır. Deyir ki, Ürfansız nəfəsim çatmır… yəqin ruhu xoşbəxtdir, Ürfanın. Arzusuna çatıb axı. Göz yaşları dayanmasa da, Könül xanım Ürfandan danışmaqdan doymur: “İndi Ürfan yanımızda cismən olmasa da, ruhən yanımızdadır. Dövlətimiz şəhidinin ailəsinə sahib çıxıb, arxamızda durur. Düşünürəm ki, dövlətimiz övladlarımızı atasız böyüməyə qoymaz. Sağ olsun, dövlət başçımız. Ilk gündən qayğılarını əsirgəmədilər.”-, deyir…
Könül danışdıqca 8 yaşlı Fatimə də anasına sığınır: “Ağlama ana, mən də böyüyəndə atam kimi pilot olacam”-,deyir. Könül davam edir: “Həmişə deyirdi ki, gedib ermənilərin qanını içəcəyəm. O torpaqlar bizimdir. Torpaqlarımızın işğaldan azad edilməsini bizdən sonrakı gəncliyə saxlamalı deyilik. Səninlə hamımız fəxr edirik, Ürfan. Bütün Azərbaycan onu tanımalıdır”. Demə, Könül xanımla Ürfan sinif yoldaşı olublar: “Urfan mənim sinif yoldaşım olub. Bu ilin iyunun 26-da toyumuzun 10 ili tamam olacaqdı. O vaxt Ürfan toyumuzu Silahlı Qüvvələr gününə təyin etmişdi.”
Sonuncu dəfə danışdığı telefon zəngini xatırlayır: “Aprelin 2-si, səhər tezdən telefonda danışanda Ürfan dedi ki, Könül, narahat olma.Burada yaxşılıqdır, axşama gözləyin, gələcəm. Həmin gün anamın ad günü idi. Axşam restoranda idik hamımız. Bir də saytdan oxudum ki, onun ekipajının idarə etdiyi helikopter vurulub. Ufranın da şəklini qoyublar…”. aq Evin önündə qurulan çadıra gələn insanlar ona başsağlığı verəndə etiraz edirmiş: “Mənə başsağlığı verməyin, Ürfan qayıdacaq. Buna inanıram, deyirdim. İnanırdım ki, indiyə qədər keçdiyi təcrübə Urfanı düşdüyü neytral ərazidən də sağ-salamat çıxmasına kömək olacaq. “Tabutu gəlsə də, hələ də inana bilmirəm yoxluğuna. Axı iki azyaşlı körpəylə məni tək qoyub heç yerə getməz, Ürfan. Hər gün gözləyəcəm onu, yoxluğunu bilə-bilə… Taaa, ömrümün sonunadək” .
Qəhrəman şəhidimizin həyat yoldaşı üçün aldığı dərmanların qutularının üzərinə yazdığı yazılara baxırıq. Böyük məhəbbət, əsl insanlıq. Xanımına yazdığı şeirlər, məktublar isə onun böyük bir ürək, sevgi dolu bir qəlb sahibi olduğunu, yüksək dəyərlərə malik bir insan olduğunu göstərir. Məktublarının birində xanımına bir neçə dildə mən səni sevirəm deyə yazan şəhid qardaşımız bütün dillərdə danışıb, yaza bilmədiyindən şikayətlənir. Xanımına keşkə bütün dillərdə mən səni sevirəm deyə və yaza bilsəydim deyir. O məktublar Urfan qardaşımızın nə qədər gözəl bir ailə başçısı olduğunu da göstərir. Ön cəbhə bölgələrində əsgər və hərbiçilərimizin qəhrəman şəhidimiz haqqında söylədiklərini, onun əsl qəhrəman olması barədə fikirlərini danışırıq ailəsinə və onlara səbr diləyib ayrılırıq. Arxadan Betülün dünyadan xəbərsiz gülüş səsləri gəlir. Nur içində yat, şəhidim. Yadigarların, sənə, Vətətninə layiq böyüyəcək. Axi sənin tabutuna bükülən Azərbaycan Bayrağını qızın göz bəbəyi kimi qoruyur. Atasının yadigarı kimi. Qapıdan çıxırıq, arxadan səslər gəlir, “Təki Vətən sag olsun!”
Vətən sağ olsun! Vətəni canından əziz tutanlar isə heç bir zaman unudulmayacaq. Onlar könüllərdə taxt qurduqları kimi Vətənin tarixinə də adlarını qızıl hərflərlə yazdılar. İnşallah bütün torpaqlarımız işğaldan azad olunacaq, onların xatirəsinə o gözəl torpaqlarımızda abidələr qoyulacaq və o gün şəhidlərimizin ruhu şad olacaq. Nur içində yat əziz şəhid qardaşımız.”

Advertisements

15.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: