Millət vəkili Q.Paşayevanın Dənizlidə Qarabağ parkı və Şəhidlər abidəsi təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib

Millət vəkili Q.Paşayevanın Dənizlidə Qarabağ parkı və Şəhidlər abidəsi təklifini bələdiyyə başqanı çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib

Azeri Milletvekili Paşayeva'dan Başakan Zolan'a ziyaret (4)Türkiyənin Dənizli bölgəsində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Dənizli  bələdiyyə başçısı Osman Zolan ilə görüşüb. Dənizli bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Osman Zolaya təşəkkürü bildirən millət vəkili Q.Paşayeva da son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Dənizlinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Dənizlinin  mərkəzi parklardan birinə ” Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına inandığını deyib və Dənizli bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Dənizli bələdiyyə başçısı Osman Zolan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Dənizli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Dənizlidə Qarabağ parkı və  Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Dənizlinin də yer alacağını bildirib: “Azərbaycan insanına Dənizlini daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Dənizli bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Dənizli  bələdiyyə başkanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

 

Advertisements

13.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: