Millət vəkili Qənirə Paşayeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin Azərbaycan üzrə yeni həmməruzəçi Stefan Şennakla görüşüb

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin Azərbaycan üzrə yeni həmməruzəçi Stefan Şennakla görüşündə çıxış edərək onu ön cəbhədə işğalçı Ermənistanın mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərə etirazını bildirməyə və məsələni məruzəçi kimi AŞPA-da qaldırmağa, AŞPA qətnamələrinin yerinə yetirməsi istiqamətində Ermənistan Respublikasına təzyiqlərin edilməsi məsələsini qurumda tələb etməyə çağırıb.

sempozyum 1Son 10 gün ərzində ön cəbhə bölgələrində evləri Ermənistan silahlıları tərəfindən hədəf alınaraq dağıdılan ailələrə görüşdüyünü deyən millət vəkili Qənirə Paşayeva mülkü azərbaycanlılara qarşı həyata keçirilən bu cinayətlər nəticəsində həlak olmuş insanların ailələrinin, evi dağıdılmış sakinlərin sizə və təmsil etdiyiniz quruma sözlərini, fikir və tələblərini çatdırmaq istəyirəm deyib. Millət vəkili cəbhəboyu bölgələrdə baş verən son hadisələr haqqında AŞPA həmməruzəçisinə ətraflı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərdən ön cəbhədə yerləşən kəndlərimizi iri çaplı silahlardan və ağır texnikalardan mülkü vətəndaşların yaşadığı əraziləri atəşə tutub və bunun nəticəsi olaraq işğalçıya layiqli cavab verilib. Q.Paşayeva Ermənistanın törətdiyi cinayətlərdən danışaraq, həmməruzəçini mülkü vətəndaşlara qarşı törədilmiş cinayətlərə biganə qalmamağa, etiraz səsini ucaltmağa və bu kimi hallara son qoymaq üçün AŞPA-dan Ermənistana təzyir göstərməyi tələb etməyə cağırıb. Millət vəkili deyib: “Cəbhə bölgəsində yaşayan mülkü vətəndaşlar, yaşlı insanlar və uşaqlar sizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini istiqamətində çalışmalar gözləyirlər. Biz sizi bu istiqamətdə Azərbaycan üzrə həmməruzəçi olaraq səylərinizi sürətləndirməyə çağırırıq”.

Advertisements

13.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: