Nur içində yat əziz şəhid qardaşımız Səyyar Quliyev

Füzulidə qəhrəman şəhidlərimizdən Səyyar Quliyevin ailəsini ziyarətdəyik.

3Yenicə evləndiyi xanımı bətnində sevdiyi həyat yoldaşının 4 aylıq körpəsini daşıyır. Yaxın zamanlarda doğulacaq ilk övladı atasını görmədən dünyaya gələcək. Atalı-analı körpələr kimi dünyaya gəlməsə də, şəhid övladı tituluna artıq sahiblənib. O, bu dünyaya qəhrəman şəhidin övladı olaraq gələcək, bir ömür bundan qürur duyacaq… Şəhidimiz Səyyar Quliyevin anası artıq nəvəsinin adını yəqinləşdirib. 5 ay sonra dünyaya gələcək körpə şəhid atasının adını daşıyacaq – Səyyar! Bir Səyyarı Vətən üçün şəhid verən ana gənc gəlninə ikinci Səyyarı böyütməyə kömək etmək üçün Allahdan möhlət istəyir. “Balamın balasını özünə, Vətənə layiq övlad kimi yetişdirəcəm”-, deyir. Ziyarətə gələnlər Səyyarın necə qəhəman oğul olduğundan danışırlar. Həmkəndliləri, qohumları, yaxınları onun Vətənə sevgisindən, torpaqlarımızı işğaldan azad etmək istəyindən, ailəsinə göstərdiyi diqqət və qayğıdan danışırlar…. Biz də doyüş yoldaşlarından Əlvan haqqında, onun necə mərd, qorxmaz, Vətənini dəlicəsinə sevən bir insan olması barədə eşitdiklərimizi danışırıq ailəsinə və ziyarətə gələnlərə. Vətən sağ olsun deyən bu qəhrəman şəhidimizin ailəsinin də yalnız bir istəyi olur. Şəhidlərimizin qanı yerdə qalmasın və Ermənistanın işğalı altında olan torpaqlarımızın hamızı azad olunsun. Biz isə inşallah o gün uzaqda olmayacaq deyirik. Nur içində yatsın şəhid qardaşımız və bütün şəhidlərimiz!

Advertisements

12.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: