Ağdamdayıq… Ön cəbhəmizdə

Ağdamdayıq… Ön cəbhəmizdə

20160409_164420_resizedÖn cəbhədə insanlarımızla görüşdük. Hamısı ruh yüksəkliyi içərisindədir. Torpaqlarımızı azad etmək üçün hamımız Ali Baş Komandanın əmrində olan əsgərlərik deyirlər. Ermənistanın vaxtaşırı törətdiyi təxribatlara baxmayaraq Ağdamın ön cəbhə kəndlərində yaşayan qəhrəman insanlarımız düşmənə böyük Vətən sevgisi, mərdliyi, mətanəti ilə layiqli cavab verirlər. Ağdamda insanlarımızla görüşə gələn dəyərli sənətçilərimiz Arif Babayev, Mənsum İbrahimov, jurnalistimiz Zaur bəylə birlikdə insanlarımızla gözəl söhbətlər etdik Ağdamda. Rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədovla geniş söhbət, müzakirələr oldu. Ağdamda daha da inkişaf edir, quruculuq işləri gözəl şəkildə davam edir. Amma Ağdamda məni ən çox duyğulandıran yeni istifadəyə verilən Çay Evi oldu. Uşaqlığıma qayıtdım. Ağdamın Ermənistanın işğal altında olan mərkəzində olan və şəhərin simvollarından olan məşhur Çay Evini orta və yaşlı nəslin hamısı yaxşı xatırlayır. Həmin Çay Evi qurluğunda qurulub bu Çay Evi. Rəhmətlik Xudu Məmmədovun təşəbbüsü olmuşdu bu layihə. “Çay evi”nin açılış mərasimi 1986-cı ilin iyulun 26-da keçirilmişdir. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov idi. Ağdam işğal edilən zaman Çay evi tamamilə dağıdılmışdır.
Yeni Çay Evi indi Xudu Məmmədovun adını daşıyan parkın düz yanındadır. Çox duyğulandım. Gözəl bir addımdır. İnşallah Ali Baş Komandanın əmri ilə Ağdamı tam işğaldan azad edəcəyik və o “Çay Evi”mizi də gözəl şəkildə yenidən quracağıq orada. İnanırıq ki o gün uzaqda deyil. O günü özümə də bütün millətimizə də görməyi arzu edirəm. Allah Ağdamda və bütün ön cəbhə rayonlarımızda yaşayan insanlarımızı qorusun və kömək olsun!

   Ağdamda Əhmədağalı kənd sakini Ermənistan silahlılarının atəşkəsi pozaraq hədəf alıb qətlə yetirdiyi Dadaşov Qaraş dayının 7 mərasimində di iştirak edib, əzizlərinə başsağlığı verdik və səbr dilədik. Həmçinin Ermənistanın atəşkəsi pozaraq hədəf alaraq evlərini dağıtdığı bəzi ailələrlə söhbət etdik. Çox təssüf ki Ermənistan və ermənilər heç bir zaman öz mahiyyətlərindən əl çəkmilər. Mülkü vətəndaşlara qarşı insanlıqdan kənar əməllərindən əl çəkmirlər. Amma çox şükr artıq Azərbaycanın güclü ordusu var və düşmənin hər bir təxribatına qarşı layiqli cavab verirlər. Ermənistanın mülkü vətəndaşlarımıza qarşı törətdiyi cinayətləri və son 10 gündə qətlə yetirdikləri mülkü vətəndaşlarımızla bağlı məsələləri bütün dünyaya daha geniş duyurmalıyıq. Beynəlxalq təşkilatlar qarşısında bu istiqamətdə məsələlər qaldırmaqla yanaşı beynəlxalq QHT-lər, KİV-lərə daha çox məlumat çatdırmalı, sosial mediada ermənilərin bu kimi insanlıqdan kənar əməllərini bütün dünyaya daha çox duyurmalıyıq. Bununla Ermənistanın, erməni diaspor, lobbi və havadarlarının Azərbaycan əlehinə apardıqları yalan, böhtan təbliğata qarşı daha fəal mübarizə apara bilərik. Qaraş dayının mərmi zərbəsindən oğlunun gözü qarşısında hansı vəziyyətə düşməsini anlatdığı zaman insanın ürəyi parçalanır. Ağır psixoloji stress alıb yaşadığı dəhşətdən Qaraş dayının oğlu. Ermənistanın bu cinayətlərini daha çox duyurmalıyıq dünyaya…

Advertisements

11.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: