Xaliq dedi ana, Ermənistan,ermənilər sizə çox əziyyət edib….

Xaliq dedi ana, Ermənistan,ermənilər sizə çox əziyyət edib…. 

12919613_850005508444823_5153098671802318210_nŞəhidimiz Xaliq Əzizzadənin əziz valideynlərini ziyarət edib başsağlığı dilədik. Mərd və qürurlu anası Vətən sağ olsun,oğlumla fəxr edirəm, o indi bütün Vətənin oğludur dedi. Xaliqin ailəsi Ermənistandan,Vedidən(tarixi Azərbaycan torpaqları) 1988-ci ildə zorla qovulub. Çox əziyyət çəkiblər. Naxçıvanın Şərur rayonuna pənah gətriblər. Xaliq də orada anadan olub.Sonra Bakıya köçüblər .”Oğlum hər zaman deyirdi ki, ana onlar orada sənə, ailəmizə çox əziyyət veriblər.Zorla evimizdən çıxarıblar. Bizim kimi minlərlə aiiləyə bu əziyyəti veriblər.Sonra da Azərbaycandakı torpaqlarımızı işğal ediblər.Gərək sənə və Vətənimizə qarşı bu cür qeyri-insani əməllər törədənlərdən, işğalçılardan intiqamımızı alaq.Gedib torpaqlarımızı işğaldan azad etməliyik”- deyə danışır bizə şəhid anamız oğlu ilə söhbətlərini. “Ən son da şəhid olmasından bir neçə saat əvvəl danışmışdım. Çox qısa bir-iki kəlmə dedi. Demə döyüş başlayırmış. Sona şəhid xəbəri gəldi. Oğluma heç nişan da apara bilməmişdim.Amma millətimiz oğlumu elə yola saldı ki oğlumla da millətimlə də bir daha qürur duydum.Deyirdi ana mənimlə qürur duyacaqsan. Oğlum mənə Şəhid anası olmaq qürurunu yaşatdı. Onunla hər zaman qürur duyacam.Tək mən yox bütün millətimiz şəhidlərimizlə hər zaman qürur duyacaq. Təki Vətənimiz sağ olsun. Övladlarımızın şəhid olduğu torpaqlarımız azad olunub bu bizim ən böyük təsəllimizdir.İstəyimiz bütün torpaqlarımız işğaldan azad olunsun və balalarımızın ruhu şad olsun. Bizə bu əziyyətləri yaşadanlara layiqli cavab verilsin.Onlar məni evimdən zorla qovublar onların necə vicdansız, insan ruhu daşımayanlar olduğun yaxşı bilirəm. Övladlarımızın qanı yerdə qalmasın.Tək istəyim budur” deyir şəhid anamız. Bu düşüncəyə şəhidimiz Xaliq qardaşımızın atası və qardaş itkisindən ikiyə bükülmüş amma qürurla Vətənimiz sağ olsun deyən bacısı da qoşulur. Əziz şəhidimizin dəyərli ailəsi ilə söhbət zamanı bir daha əmin oluruq ki, Vətən sevdası ilə böyüdülən övladlar bir başqa olur. Və bu cür ailələrimizin qarşısında hər zaman baş əyirik.
Əziz şəhidimiz Xaliq heç bir zaman unudulmayacaq və hər zaman sevgi ilə xatırlanacaq. Və əziz şəhid anamız rahat olsun o torpaqlar bir daha düşmən əlinə keçməyəcək və digər torpaqlarımız da işğaldan azad olunacaq. Və biz Vedi kimi tarixi torpaqlarımızı da heç bir zaman unutmayacağıq. Xaliq kimi… Nur içində yat şəhidim!

Advertisements

08.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: