Tək oğlunu şəhid verən Elvira ananı ziyarətimiz zamanı bizə tək istəyini söylədi: İşğaldan azad edilən torpaqların bir daha işğalına imkan verməsinlər

Tək oğlunu şəhid verən Elvira ananı ziyarətimiz zamanı bizə tək istəyini söylədi: İşğaldan azad edilən torpaqların bir daha işğalına imkan verməsinlər

12928413_849602265151814_5138291449439143128_nÜstündə evladlarımızın qanı var. Şəhidimiz Kamran Şirəliyev Elvira xanımın və Faiq bəyin tək oğul övladı idi. Hərbi xidmətini başa vurmağa az qalmışdı.Vətən uğrunda şəhid oldu. Tək oğul övladı olmasına baxmayaraq ana-atası onu hərbi xidmətə ürəklə göndərib. “Dedim get Vətənini, millətini ləyaqətlə qoru. O da getdi əsl kişi kimi Vətənini qorudu. Bir dəfə də telefonla danışanda şikayət etməzdi. Hər dəfə də hər şey yaxşıdır deyərdi. Vətəni dəlicəsinə sevərdi. Torpaqlarımızı işğaldan azad görmək ən böyük arzusu idi. Elə bu yolda da canını verdi. Oğlumla qürur duyuram.Mənim heç bir zaman ağlamamı istəmirdi övladım. İndi minlərlə insanın övladı oldu. Tanıdığım-tanımadığım o qədər insan gəlir deyir ki o bizim də övladımızdır. Oğlum Vətənin övladı oldu.”-deyir şəhidimizin anası və əlavə edir. “Oğlum şəhid oldu, qoy Vətənimiz sağ olsun. Heç bir şey istəmirəm. Bircə istəyim var. Övladlarımızın uğrunda canlarından keçərək işğaldan azad etdikləri Vətən torpağının bir qarışının da bir daha düşmən Ermənistanın əlinə keçməsinə imkan verilməsin. O torpaqlarda övladlarımızın qanı var. Və şəhidlərimizin ən böyük amalı olan torpaqlarımızı işğaldan azad görmək həyata keçirilsin. Onların ruhu ancaq o zaman sakitlik tapacaq”. Tək oğlunu Vətənə uğrunda şəhid verərək Vətən sağ olsun deyə biləcək qədər mərd, mətanətli bir ailənin övladı idi Kamran. “Vətən sağ olsun. Oğlumla qürur duyuram. Millətimiz oğlumü böyük sevgi ilə,qəhrəman kimi yola saldı son mənzilinə. İnşallah torpaqlarımız işğaldan azad olar və şəhidlıərimizin hamısının ruhu şad olar. Allah dövlətimizə, millətimizə kömək olsun,düşməni sevindirməməliyik, şəhid övladlarımız bizim hamımızı belə görmək istəyərdi deyir” şəhidimizin əziz və mərd atası. Əziz şəhidimiz Kamran heç bir zaman unudulmayacaq və hər zaman sevgi ilə xatırlanacaq. Və əziz şəhid anamız rahat olsun o torpaqlar bir daha düşmən əlinə keçməyəcək və digər torpaqlarımız da işğaldan azad olunacaq. Çünki bu Vətənin Kamran kimi igid oğulları və valideynləri kimi mərd, mətanətli çoxlu sayda ata-anaları var. Nur içində yat şəhidim!

Advertisements

07.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: