Müdafiə nazirliyimizə təklifim var… 

Müdafiə nazirliyimizə təklifim var… 

12938270_849243368521037_4181501517842399119_nƏziz şəhidlərimizi daha yaxından tanıyaq.
Bir az əvvəl son döyüşlər zamanı şəhid olmuş qardaşımız şəhid polkovnik-leytenant Raqif Orucovun Sumqayıtda ailəsini zyarət edib,şəhidimizə Allahdan rəhmət,əzizlərinə səbr dilədik. Şəhidlər arasında onun adını eşidən zaman qəribə hisslər keçirmişdim.Onu yaxından tanıyırdım.Ön cəbhə bölgələrinə səfərlərimiz zamanı tanış olmuşdum.Əsl hərbçi idi. Vətənini dəlicəsinə sevən bir insan. 20 yaşında olanda evini itirmişdi Raqif bəy. Ağdamın Cinli kəndindəndir. Çox gənc yaşlarında kəndləri,evləri işğal olunub və anasını da həmin zaman itirib. 42 yaşlı anası işğalçı Ermənistanın doğulduğu kəndi işğal etməsi zamanı şəhid olub.Çullu kəndində dəfn ediblər. Amma qəbirdaşı belə qoya bilməyiblər. İşğalçı Ermənistan Çullunu da işğal edib mərhumun 7-nə qədər. 40-nı Ağdamın mərkəzində veriblər və o bütün həyatını torpaqlarımız işğaldan azad olunana qədər hərbidə keçirəcəyinə,torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparacağına and içib Raqif qardaşımız. Hərbi həyatının böyük hissəsi ön cəbhədə keçib. Ağdamdan isə ayrıla bilmirmiş.Əfətli yaxınlığında yüksəklikdən kəndimizə, anamın məzarına baxıram deyərdi. Torpaqlarımızı işğaldan azad etmək arzu və istəyi ilə yaşayardı. Dəyərli xanımı Sevinc xanım fotoları göstərir. Amma ailəsi ilə birlikdə istirahətdə olan bir foto da yoxdur. “Hər zaman deyərdi nə istirahət ay xanım indi istirahət vaxtıdı indi ön cəbhədə işləmək vaxtı”-deyərdi deyə kövrək səslə danışır Sevinc xanım.Ən son ailəyə sözü də oğluna yaxşı oxumaq, imtahanları qazanmaq məsləhəti olub.Sevinc xanım danışdıqca Raqif bəyin gülər üzünü, işğal olunmuş torpaqlardan danışanda gözlərindəki kədər və intiqam hissini xatırlayırdım.Onun haqqında geniş bir yazı yazacam. Onun gördüyü önəmli işlər,xidmətləri heç zaman unudulmayacaq.Dəyərli xanımı Sevinc xanıma, iki gözəl və ağıllı oğluna Allah hər zaman yardımçı olsun. Əziz şəhidimiz Raqif qardaşımız heç zaman unudulmayacaq. Ailəsinin tək istəyi qanı yerdə qalmasın və onun doğulub,böyüdüyü torpaqlarımız işğaldan azad edilsin və onun adı orada da əbədiləşdirilsin. Müdafiə nazirliyimiz yaxşı olardı ki şəhid oğullarımızın adına azad etdiyimiz yüksəkliklərdə bir xatirə lövhəsi, abidəsi qoysun. Bu çox gözəl bir adddım olardı.Nur içində yat Raqif qardaşımız və bütün digər şəhid qardaşlarımız.

Advertisements

07.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: