Millət vəkili Q.Paşayeva MM-də Aprel ayının Autuzmli xəstələrlə bağlı ay elan olunduğunu ,onlarla bağlı qanunun qəbuluna və Mərkəzin yaradılmasına çağırıb

Millət vəkili Q.Paşayeva MM-də Aprel ayının Autuzmli xəstələrlə bağlı ay elan olunduğunu ,onlarla bağlı qanunun qəbuluna və Mərkəzin yaradılmasına çağırıb.

12938317_849014885210552_3811221307957757045_nMillət vəkili Qənirə Paşayeva Parlamentdə autizmli xəstələrin problemlərini qaldırıb və bu sahədə təcili qanun və dövlət proqramının qəbul olunmasına, bu uşaqların təhsil, təlim və reablitasiyası üçün xüsusi Mərkəzin yaradılmasına çağırıb.Aprelin dünyada autizmli xəstələrdə bağlı ay elan olunduğunu deyən millət vəkili Qənirə Paşayeva Ombusmanın ilk hesabatının müzakirəsi zamanı İnsan Haqları üzrə Müvəkkilin də bu təkiflə çıxış etdiyini deyərək övladları autizm sindromunda əziyyət çəkən ailələrin Milli Məclis və Hökumətdən bunu gözlədiyini deyib. Autizmlə bağlı məlumat verən millət vəkili Qənirə Paşayeva autizmli uşaqlar, insanlarla məşğul olan təşkilatların millət vəkillərinə müraciət göndərdiyini qeyd edərək, Parlamentin bu ailələrə dəstək istiqamətində addımlar atacağına inandığını deyib. Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən millət vəkili Qənirə Paşayeva müalicələrin bahalı olması, bu sahədəki mütəxəssislərin azlığı, əhali arasında bu istiqamətdə maarifləndirilmənin zəifliyi ailələri xəstəliklə mübarizədə çətin vəziyyətdə qoyur deyib. Ona görə də qanunvericilikdə bu məsələnin öz həllini tapması ilə bərabər autizmli uşaqların təhsil, təlim və reablitasiyası üçün xüsusi Mərkəzin yaradılmasına ciddi ehtiyac olduğunu deyb.

Advertisements

06.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: