Dənizlidə Xocalı Xatirə Orman Parkı açılışı zamanı millət vəkili Q.Paşayeva 12 şəhidimiz xatirəsinə 12 ağac əkib

Dənizlidə Xocalı Xatirə Orman Parkı açılışı zamanı millət vəkili Q.Paşayeva 12 şəhidimiz xatirəsinə 12 ağac əkib və inşallah qanları yerdə qalmayacaq, torpaqlarımız işğaldan azad olunacaq deyib.

azerbaycan-milletvekili-ganire-pasayeva-hocali-hatira-ormanina-fidanDənizlidə Türk Ocaqlarının təşkilatçılığı ilə Xocalı Xatirə Ormanı Parkının açılışı olub. Çoxlu sayda QHT rəhbərləri, KİV, aydınlar, gənclərin iştirak etdiyi tədbirin açılışında millət vəkili Q.Paşayeva Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımdan danışıb, dünyanın hər yerində yaşayan Türk insanı bunu unutmamalı, unutdurmamalıdır deyib və Dənizliyə bu duyarlılığı üçün təşəkkürünü bildirib, özəlliklə indiki dönəmdə Türk dövlət və toplumlarının birliyinin daha da güclənməsinin önəmindən danışıb. Ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili Q.Paşayeva çıxışına öncə ön cəbhədə şəhid olan əsgər və hərbiçilərimizi sayğı və sevgi ilə yad edirik, onları heç bir zaman unutmayacağıq, şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyirik deyib:” Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır deyib.  Bu gün bəzi güclərin,onların KİV-lərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat aparmağa başladığını deyən millət vəkili bütün gəncləri, diaspor təşkilatlarını, KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Q.Paşayeva Xocalı Orman Parkında 12 şəhidimiz üçün 12 ağac əkib və çoxlu sayda insanın iştirakı ilə çoxlu sayda ağaclar əkilib və bütün tədbir iştirakçıları qardaş Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır, şəhidiniz şəhidimizdir deyiblər.  Millət vəkili Q.Paşayeva Türkiyənin bir çox nüfuzlu KİV-lərinə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr də verib.

 

Advertisements

04.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: