Millət vəkili Q.Paşayeva Çanakkalada konfrans verib və 100 il əvvəl olduğu kimi zəfər yenə bizimlə olacaq deyib

Millət vəkili Q.Paşayeva Çanakkalada konfrans verib və 100 il əvvəl olduğu kimi zəfər yenə bizimlə olacaq deyib.

????????????????????????????????????

Millət vəkili Q.Paşayeva Çanakkalanın Onsekiz Mart Universitetində “Azərbaycan və Türkiyə bir millət, iki dövlət münasibətlərinin dünəni, bu günü və gələcəyi ” adlı konfrans verib. Çanakkala valisi, bölgənin rəsmi şəxsləri, universitetin rəhbərliyi, müəllimləri, QHT və KİV təmsilçilərinin geniş qatıldığı konfransda çıxışına qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizə zamanı çoxlu sayda qardaş-bacılarımız həyatını itirib deyən millət vəkili Q.Paşayeva terror nəticəsində və terrorla mübarizə zamanı həyatını itirmiş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir,  terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib. Ermənistanın, erməni terror təşkilatlarının 24 il əvvəl Azərbaycanda törətdiyi terror hadisələri barədə danışan millət vəkili Q.Paşayeva bir neçə gün əvvəl yayılmış fotolarda gördünüz ki Xocalı Soyqırımında, Qarabağda törədilən cinayətlərdə birbaşa əli olan Ermənistanın cinayətkar müdafiə naziri Seyran Ohanyan  PKK terror təşkilatı sıralarında Türkiyəyə qarşı savaşan birisinin cənasə mərasimizə qatılmışdı və həmin cənazə Ermənistan və PKK terror təşkialatı bayrağına sarılmışdı:”Bu bir daha onu göstərir ki, 24 il əvvəl Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə görə  ədalət qarşısında cavab verməyən o canilər indi də Türkiyə əlehinə terrora və terror hadisələrinə dəstək verir.  Ona görə də biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə buna nail olacağıq. Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür”. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Canakkale zeferinin 101-cü ildönümü oldu deyən Qənirə Paşayeva, 100 il sonra yeni bir Çanaqqaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib.   Çanaqqalada yüzlərlə Azərbaycan türkünün şəhid olduğunu deyən millət vəkili Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayevaçıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və  Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.. “Azərbaycanın  güclənməsi  Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın  güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva  hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri barədə də geniş çıxış edən millət vəkili Q.Paşayeva  tədbir iştirakçılarına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imazalı hədiyyə edib. Tədbirin sonunda Çanakkala valisi, Onsekiz Mart Üniversitetinin rəhbərliyi millət vəkili Q.Paşayevaya özəlliklə gənc nəsillərin doğru yetişməsi üçün bu cür konfranslara böyük ehtiyac olduğunu deyiblər, onun fəaliyyətini yüksək qiymətləndirərərk plaket təqdim ediblər və yaxın zamanlarda yenidən konfrans vermək üçün dəvət edidblər. Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Q.Paşayeva konfransdan sonra bölgənin fəal gənclər təşkilatları və qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi apararaq onları Azərbaycana dəvət edib. Millət vəkili həmçinin universtetdə çalışan Azərbaycanlı alimlər, aydınlarla da görüşüb və geniş söbət edib. 

 

Advertisements

01.04.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: