Millət vəkili Q.Paşayeva Aydında 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfrans verib

Millət vəkili Q.Paşayeva Aydında 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfrans verib. 

11218618_221570548200962_8476902280591781613_n - KopyaTürkiyənin Aydın vilayətində, Nazillidə 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva qondarma erməni soyqırımı iddialarının yalan olması, tarixdə ermənilərə qarşı heç bir soyqırımın olmaması, erməni terror və silahlı dəstələrinin  türk  insanına  qarşı  həyata  keçirdiyi soyqırımlar, 31 Mart soyqırımı barədə geniş məruzə ilə çıxış edərək gənclərin tarixi dərindən bilməsinin vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva çıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və  Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.”  Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.. “Azərbaycanın  güclənməsi  Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın  güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva  hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri barədə də geniş çıxış edən millət vəkili Q.Paşayeva sualları da cavablandırıb və tədbir iştirakçılarına həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imazalı hədiyyə edib. Tədbirin sonunda Nazilli bələdiyyə başqanı,Nazilli Kaymakamı millət vəkili Q.Paşayevaya özəlliklə gənc nəsillərin doğru yetişməsi üçün bu cür konfranslara böyük ehtiyac olduğunu deyiblər, onun fəaliyyətini yüksək qiymətləndirərərk plaket təqdim ediblər və yaxın zamanlarda yenidən konfrans vermək üçün dəvət edidblər. Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Q.Paşayeva konfransdan sonra bölgənin fəal gənclər təşkilatları və qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi apararaq onları Azərbaycana dəvət edib. 

 

Advertisements

31.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: