“Karabağ hikayeleri”nin Balıkesir vilayətində təqdimat və imzalanması böyük maraqla qarşılanıb


“Karabağ hikayeleri”nin Balıkesir
 vilayətində  təqdimat və imzalanması böyük maraqla qarşılanıb. 

_MG_0329Millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının  Balıkesir  vilayətində keçirilən təqdimat və imzalanma mərasiminə çoxlu sayda ziyaılar, QHT və KİV təmsilçiləri qatılıb. Təqdimat və imzalanma mərasimində iştirak edən ziyalılar və gənclər Qarabağ mövzusu  ilə  bağlı  kitabın təqdimat və imzalanmasının önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına 31 mart soyqırımı, Xocalı, Qaradağlı soyqırımları, Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıblar və kitabları imzalayaraq  tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparıblar. Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Kitabda  Azərbaycanın bir çox tanınmış yazar, araşdırmaçı və jurnalistlərinin Qarabağla bağlı hekayələri yer alır. Kitab qardaş  Türkiyədə artıq  2-ci başqı ilə nəşr  edilib. Tədbirdə Cahan Holdinqin dəstəyi ilə hazırlanmış 31 mart soyqırımı, Qarabağ həqiqətləri ilə bağlı materiallar da tədbir iştirakçılarına hədiyyə edilib. 

 

Advertisements

31.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: