Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbulda İraq türkmənlərinin rəsmi təmsilçiləri ilə görüşüb.

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İstanbulda İraq türkmənlərinin rəsmi təmsilçiləri ilə görüşüb.

????????????????????????????????????

Son günlər İŞİD tərəfindən İraqda türkmən qardaş-bacılarımıza qarşı həyata keçirilən insanlıq dramı bizi dərindən narahat edir deyən millət vəkili Q.Paşayeva bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara qısa zamanda sağalmalarını diləyir, bu cür insanlıqdan kənar cinayətləri pisləyirik və bu kimi halların təkrarlanmamasını istəyirik deyib:”Evlərini tərk etmək məcburiyyətində qalan qardaş-bacılarımız da bizi ciddi narahat edir. Biz İraq mərkəzi hakimiyyət orqanlarının hər bir İraq vətəndaşı kimi, türkmanların haqq və hüquqlarını müdafiə etməyə borclu olduğunu, bununçün beynəlxalq güclərin, İraqa qonşu ölkələrin, Türk Dünyasının da mənəvi məsuliyyət daşıdığını bilir, daha böyük faciələr yaşanmadan vəziyyətin nəzarət altına alına biləcəyinə ümid edirik. İraq türkmənlərinin son 60 ildə yaşadıqları acılar və onların getdikcə daha da artması, onları evlərindən didərgin salan səbəbləri Türk dünyasının yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır. Hər zaman İraq türkmanları qardaşlarımızın yanındayıq və bütün Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq”. İraqda son vəziyyət, türkmanların gərgin günlər yaşaması və hazırda baş verən hadisələr, getdikcə daha da artan narahatlıqlar barədə danışan İrak Türkleri Kültür ve Yardımlaşma Derneği Başkanı Mehmet Tütüncü, Türkmeneli Dernekler Federasyonu Başkanı Kemal Beyatlı və İrak türkmanlarının bir çox aydınları Türk dünyasının, Türk dövlət və toplumlarının İraq türkmənlərinə bu narahat günlərdə dəstək, diqqət və qayğısını daha da artıracağını gözlədiklərini və buna çağırdıqlarını deyib. O, bildirib ki, İraq türkmanlarının həm birbaşa dəstəyə, həm də onların səsinin beynəlxalq ictimaiyyətə, təşkilatlara daha geniş və ciddi şəkildə duyurulması istiqamətində dəstəyə ehtiyacı var. Azərbaycanın hər zaman İraq türkmənlərinə böyük diqqət göstərdiyini deyən İrak Türkleri Kültür ve Yardımlaşma Derneği Başkanı Mehmet Tütüncü, Türkmeneli Dernekler Federasyonu Başkanı Kemal Beyatlı Azərbaycanla İraq türkmanları arasında humanitar istiqamətdə layihələrin də daha da artmasının önəmi barədə fikir və təkliflərini bildirib. Q. Paşayeva Azərbaycanın hər zaman Türk dünyası, İraq türkmənləri ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, Türk dünyası, Türk dövlət və toplumlarının İraq türkmənlərinə dəstək istiqamətində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyərək onların da dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb. Görüş zamanı konkret layihələr ətrafında da fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva yaxın zamanlarda İrakda türkmən soydaşlarımızın yaşadığı bölgələrdə tədbirlərə qatılacağını və İraq və Suriyada türkmən qardaş-bacılarımızın vəziyyəti ilə bağlı AŞPA-da təkrar çıxış edərək Avropalıları onlara daha çox dəstək göstərməyə çağıracağını, bu günə qədər olduğu kimi bundan sonra da iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə İrak və Suriya türkmənlərinin vəziyyətini hər zaman diqqətə çatdırmağa çalşacağını bildirib və bundan sonra da gücümüzün çatdığı qədər hər zaman yanınızdayıq deyib. Q.Paşayeva rəhbərlik etdiyi təşkilatın İrak Türkmən təşkilatları ilə ortaq layihələrinin artacağını da vurğulayıb və İrak Türkleri Kültür ve Yardımlaşma Derneği Başkanı Mehmet Tütüncü, Türkmeneli Dernekler Federasyonu Başkanı Kemal Beyatlını,türkmən aydınları Azərbaycana dəvət edib.

 

Advertisements

29.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: