Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyənin QHT rəhbərləri ilə görüşdə erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədə 20-dən artıq QHT-rəhbərləri və üzvləri ilə görüşüb

????????????????????????????????????

????????????????????????????????????

Bundan başqa millət vəkili Q.Paşayeva tanınmış alimlərin yaratdığı “Yeni Ufuklar” dərnəyini ziyarət edib,onların dəvəti ilə təşkilat üzvlərinə “Azərbaycan-Türkiyə münasibətləri:dünəni, bu günü və sabahı” adlı konfrans verib. Konfransdan sonra isə dərnəyin fəalları ilə geniş müzakirələr aparıb. Q.Paşayeva  görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artırcaqlarına inandığını deyib. O, görüş zamanı Azərbaycan  ilə Türkiyə dövlət və QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin  məmnunedici olduğunu, bu məsələlərin vacibliyini qeyd edib. Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə geniş söhbət açan deputat Azərbaycanla Türkiyənin  QHT-ləri arasında əməkdaşlığın daha da artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini bildirib.O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında bu əməkdaşlığın önəmindən danışıb. Azərbaycanı sevdiklərini və Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən QHT rəhbərləri millət vəkili Q.Paşayevaya həyata keçirdikləri işlər, Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat veriblər və geniş müzakirələr aparılıb.Görüşün sonunda Q.Paşayeva  QHT əhbərlərinə  və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib. 

 

Advertisements

28.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: