Millət vəkili Q.Paşayeva Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb və onları təbrik edib

Millət vəkili Q.Paşayeva Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb və onları təbrik edib.

12891130_837485349696839_515614780198651666_oMillət vəkili Q.Paşayeva Novruz bayramı münasibəti ilə rayonun şəhid ailələrini təbrik edib və onlara ən gözəl diləklərinə çatmalarını diləyib. Əziz şəhidlərimiz nur içində yatsınlar deyən millət vəkili Q.Paşayeva şəhidlərimizin və onların dəyərli ailələrinin hər zaman könlümüzdə özəl bir yeri var və bu əziz bayramda da sizinlə birlikdə olmaq, sizi təbrik etmək bizim üçün bir borc, müqəddəs vəzifədir deyib. Ermənistanla ön cəbhədə yerləşən Tovuzda 300-ə yaxış şəhid ailəsi olduğunu, şəhidlərimizin bir çoxlarını zamanında yaxından tanıdığı deyən Q.Paşayeva dəyərli şəhidlərimizin ən böyük amalının torpaqlarımızın işğaldan azad edilməsi olduğunu xüsusi vurğulayaraq inşallah gələn Novruz bayramını Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edək deyib. O, bildirib ki şəhidlərimizin ruhu o zaman sakitlik tapacaq və biz bir millət olaraq əsl bayramı onda qeyd edəcəyik. Tovuz rayon icra hakimiyyəti başçısının müavini Mahir Həsənov, rayonu fəal xanımlarından Sürəyya İsmayılova da çıxış edərək şəhid ailələrini təbrik ediblər. TUSİAB-ın rəsmi nümayəndəsi Səlcuk Düzgün çıxışında şəhidlərimizə bir daha rəhmət diləyib və bildirib ki, Azərbaycanın şəhidi Türkiyənin, Türkiyənin şəhidi isə Azərbaycanın şəhididir. Azərbaycan-Türkiyə qardaşlığından geniş danışan Səlcuk Düzgün bu gözəl bayramlarımızın işğaldan azad edəcəyimiz bölgələrimizdə qeyd edəcəyimiz günlərin uzaqda olmadığını bildirib. Sonra bütün şəhid ailələlərinə bayram hədiyyələri təqdim edilib. Tədbirin sonunda millət vəkili bir çox şəhid ailələrini dinləyərək onların qayğı və problemləri ilə də maraqlanıb və ortaya çıxan bəzi məsələlərin həlli istiqamətində lazımi dəstək göstərəcəyini deyib.

Advertisements

28.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: