Tanınmış alim Qəzənfər Paşayevin iki yeni kitabının təqdimatı olub

 M.F.Axundov adına Milli Kitabxanada prof.dr. Qəzənfər Paşayevin müəllifi olduğu, “Ədəbi məktublar” və “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” adlı iki yeni kitabın təqdimat mərasimi keçirilib.

????????????????????????????????????

Mərasimin aparıcısı, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, müəllifin yeni kitablarını onun çoxşaxəli və zəngin elmi-ədəbi yaradıcılığının növbəti uğuru kimi xarakterizə edib. Natiq bildirib ki, Milli Kitabxana ilə sıx əməkdaşlıq edən prof. Qəzənfər Paşayevin yeni kitablarının, elm və ədəbiyyat xadimlərinin iştirakı ilə təqdimatını da burada keçirməsi, onun bir ziyalı kimi kitaba, kitabxanaya, milli mədəniyyətə, o cümlədən ədəbiyyata diqqət və qayğısını göstərməklə yanaşı, biləvasitə Milli Kitabxananın yaxın dostu olmasının sübutudur.

Akademik Teymur Bünyadov, Xalq şairləri Nəriman Həsənzadə və Sabir Rüstəmxanlı,  professorlar Şirindil Alışanov, Bədirxan Əhmədov, Buludxan Xəlilov, Mahirə Quliyeva, Məmməd Əliyev, professor Paşayevin ziyalı, alim şəxsiyyətindən, öz elm və sənət kredosuna, izlədiyi estetik, milli və bəşəri dəyərlərə universal baxışından, dosta sədaqətindən danışaraq, onu yorulmaz tədqiqatçı, məhsuldar alim, diqqətli oxucu kimi xarakterizə etdilər. Çıxış edən natiqlər, professorun dilşünas, folklorşünas, ədəbiyyatşünas kimliyi ilə yanaşı, insanşünaslığını da vurğuladılar. Qeyd olundu ki, Qəzənfər Paşayev yalnız özü elmi, ədəbi yaradıcılıqla məşğul olmaqla yetinmir, eyni zamanda bu işlə məşğul olan istedadlı insanlara diqqət göstərir, yeri gəldikcə, onların uğurunu, sevincini böyütməyə, kədərini azaltmağa çalışır…

Millət vəkili dos.dr. Qənirə Paşayeva prof.dr. Qəzənfər Paşayevin əsərləri ilə, özəlliklə, əfsanəvi “6 il Dəclə-Fərat sahillərində” kitabı ilə böyüyən, Qəzənfər müəllimin tövsiyyələrini hələ uşaq vaxtlarından dinləmək imkanında olan biri kimi, onun çoxşaxəli və effektli yaradıcılıq yolunun, İraq türkmanları ilə bağlı araşdırmalarının zaman-zaman geniş oxucu marağına səbəb olduğunu qeyd etdi.

Novruz Bayramı ərəfəsində, üstəlik Kərküklü ziyalı soydaşlarımız – tanınmış ədiblər – dr. Mustafa Ziya və dr. Şəmsəddin Kuzəçinin də iştirakı ilə Milli Kitabxanada kitab təqdimatı keçirməyin özünün anlamlı olduğunu qeyd etdi; hər yaxşı kitab özlüyündə bir hadisədir, dedi.

Xanım Paşayeva qeyd etdi ki, “professorun yeni kitabları bütün digər məziyyətləri ilə yanaşı, həm də bir qədirşünaslıq hadisəsi kimi diqqəti cəlb edir. Bu amil günümüzdə böyük önəm daşıyır. Özəlliklə gənc nəslin oxumalı olduğuna inandığım kitablar, qoy onlara həm də qədirşünaslıq aşılamış olsun.”

Xanım millət vəkili sözlərini, Kərküklü soydaşlarımızın da qatıldığı belə tədbirləri, növbəti Novruz Bayramını yaxın gələcəkdə Şuşada, işğaldan azad edəcəyimiz digər şəhər və rayonlarımızda keçirməyə arzu və inamı ilə bitirdi.

Təqdimat olunan kitablardan “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti“nin rəyçisi dr. Mustafa Ziya və onun həmyerlisi dr. Şəmsəddin Kuzəçi isə İraq-Türkman ədəbiyyatının dünəni, bugünü; ədəbi əaqələrin XX yüzil və daha öncəsinə aid tarixi, ən yeni nəsil yazarlar arasında əməkdşalıq imkanları, habelə İraq Türkmanlarının prof.dr. Qəzənfər Paşayevi özlərinin Azərbaycandakı könül elçisi kimi qəbul etdiklərini dedi.

Bu təqdimatdan öncə, AYB-də “Azərbaycan – İraq-Türkman tarixi-mədəni əlaqələri” mövzusunda görüş-müzakirə və Kərkük Kültür Dərnəyinin “Novruz çiçəkləri” antologiyasının təqdimatının da keçirildiyini məmnunluqla qeyd edən İraqlı ziyalılar, professor Qəzənfər Paşayevin hər bir əsərinin İraq-Türkman oxucuları tərəfindən də diqqətlə izləndiyini bildirdilər. Onlar, təqdim olunan kitablardan birinin biləvasitə, ikincisinin də müəyyən məqalələr etibarı ilə İraq-Türkman ədəbiyyatı ilə bağlı olduğunu vurğulayaraq, bu faktları, Qəzənfər Paşayevin hələ gənclik illərindən başladığı mübarək işi, ağsaqqal yaşında da eyni şövq və məhəbbətlə davam etdirməsinin bariz örnəyi kimi xarakterizə etdilər.

Sonda, bütün iştirak və çıxış edənlərə öz minnətdarlığını bildirən prof. Qəzənfər Paşayev, deyilən hər bir sözün onunçün qiymətli olduğunu, yüksək oxucu marağının müəllifə əlavə məsuliyyət gətirdiyini vurğuldı, hər kəsi qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik etdi.

Qeyd edək ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan hər iki nəfis tərtibatlı kitab, “Təhsil” Nəşriyyatında işıq üzü görüb.

“Ədəbi məktublar”da müəllifin son 35 il ərzində öz müasirlərinə ünvaladığı 46 məktub toplanıb. Müəllif özü “…“Ədəbi məktubları”ım çoxunun əbədiləşəcəyinə inandığım, fəxr etdiyim müasirlərim haqqındadır” deyir. Kitabın redaktoru və önsöz yazarı prof. Bədirxan Əhmədov, rəyçiləri f.ü.f.d. Tinatin Məmmədova, f.ü.f.d. Aynur Xəlilovadır.

“Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” monoqrafiyası isə professorun Türk Dünyasının görkəmli simalarından biri Əta Tərzibaşının həyatı və folklorşünaslıq fəaliyyətinə həsr olunub. Kitabın redaktorları prof.dr. Süphi Saatçı, prof.dr. Mahir Naqib, rəyçiləri prof.dr. Muxtar İmanovla dr. Mustafa Ziyadır.

Advertisements

19.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: