İrak Türkmənləri millət vəkili Q.Paşayevanı 2 mükafatla mükafatlandırdı

Türkməneli Kültür Mərkəzi millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayevanı İraq türkmənlərinin mədəniyyətinə, sənətinə və ədəbiyyatına verdiyi xidmətlərdən dolayı mükafatlandırıb

????????????????????????????????????

Mükafatı təqdim edən Türkmeneli Kültür Mərkəzinin rəhbəri Dr.Mustafa Ziya millət vəkili Q.Paşayevanın bu istiqamətdə xidmətlərini xüsusi vurğulayıb və onun hər zaman İraq türkmanlarının yanında olmasını yüksək qiymətləndirdiklərini söyləyib. Millət vəkili Q.Paşayevaya həmçinin “Türk mədəniyyətinə” qatqılarından dolayı Kərkük Kültür Dərnəyi tərəfindən “Xidmət Şərəf Ödülü” də təqdim edilib. Mükfatı təqdim edən Kərkük Kültür Dərnəyi rəhbəri Dr. Şemsettin Küzeci Azərbaycanla İraq Türkmanları arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsində, İraq türkmanlarının səsinin dünyaya duyurulmasında  Qənirə Paşayevanın önəmli xidmətləri olduğunu vurğulayıb. Mükafatlara görə minnətdarlığını bildirən millət vəkili Q.Paşayeva Azərbaycan ilə İraqda yaşayan soydaşlarımız , ümumiyyətlə Türk  dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə borc bildiyini və bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini  və bu sahədə Beynəlxalq Kərkük Kültür Dərnəyi və Türkmeneli Kültür Mərkəzi ilə əməkdaşlığın daha da genişlənəcəyini deyib. İraqda və Suriyada türkman soydaşlarımızın yaşadığı ağrı və acılardan danışan millət vəkili Q.Paşayeva onların kədəri bizim də kədərimizdir və bütün Türk dünyası İraq və Suriyadakı insanlarımıza daha çox sahib çıxmalıdır deyib.  

 

Advertisements

19.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: