“Azərbaycan-İraq-Türkman tarixi-mədəni əlaqələri” adlı tədbir keçirilib

“Azərbaycan-İraq-Türkman tarixi-mədəni əlaqələri” Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbir bu mövzuya həsr olunmuşdu

????????????????????????????????????

Tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB (ABAİ İB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı, Kərküklü elm və ədəbiyyat xadimləri dr. Mustafa Ziya ilə dr. Şəmsəddin Kuzəçinin iştirakı ilə AYB-nin NATAVAN Klubunda baş tutdu.

Tədbiri giriş sözü ilə açan professor Qəzənfər Paşayev, bir bütövün parçası olan Azərbaycanla İraq Türkmanlarının, onların simvol halına gələn Kərkük şəhərinin tarixi, mədəni və ədəbi əlaqələri ilə bağlı geniş məlumat verdi. Sovet dönəmində İraqda çalışarkən, oradakı yerli soydaşlarımızla, onların məişəti, yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olmaq fürsəti əldə etmiş professor Paşayev, ötən illər ərzində işıq üzü görmüş elmi, tarixi və bədii kitablardan söz açdı, xatirələrini bölüşdü.

Türkmaneli Kültür Mərkəzinin (TKM) başqanı dr. Mustafa Ziya, Azərbaycana hər səfərində olduğu kimi, bu dəfə də, özünü doğma Vətənində hiss etdiyini, bu hissiyyatı bəxş edən Azərbaycan dövlətinə, xalqına məhəbbətini ifadə etdi. Tədbirin aparıcısı professor Qəzənfər Paşayevin İraqın fəxri vətəndaşı olduğunu xatırladan dr. Ziya, İraq türkmanlarının onu öz könül elçiləri kimi qəbul etdiyini bildirdi.

İraq türkman ədəbiyyatının dünəni, buğunu və sabahı üzərinə fikirlərini bölüşən dr. Mustafa Ziya, ortaq dəyərlərimiz barədə düşüncələrini “Arzu və Qəmbər” dastanı, eləcə də, bayatılar, hoyratlar əsasında izah etdi.

Millət vəkili Qənirə Paşayeva, öz çıxışında, xalqımızın birlik-bərabərlik bayramı Novruz ərəfəsində “Azərbaycan-İraq-Türkman tarixi-mədəni əlaqələri”  mövzusunda görüş-müzakirənin keçirilməsinin, habelə tədbir çərçivəsində “Novruz Çiçəkləri” (Türk Dünyası Qadın Şairlər Antologiyası) adlı nəfis nəşrin təqdim edilməsinin çox anlamlı olduğunu vurğuladı. Millət vəkili, Azərbaycanın, İraq türkmanlarının, Suriya türkmanlarının, bütövlükdə Türk Dünyasının yaşadığı problemlərdən, türk insanının bu problemlərə necə yanaşdığı, necə yanaşmalı olduğu barədə anologiya apardı, bölgədə, dünyada baş verən proseslər fonunda fikirlərini bölüşdü. Ədəbiyyatın, ədəbiyyatçıların sözügedən istiqamətdə, habelə türk xalqlarının tarixində mötəbər yerinin olduğunu qeyd edən Q.Paşayeva, İraqda yaşananların oradakı yaradıcı soydaşlarımızın əsərlərində böyük və önəmli yer tutduğunu bildirdi, tanış olduğu şair və yazıçılar, onların yaradıcılıq örnəkləri, habelə İraqa səfər təəssüratlarını, tədbir iştirakçıları ilə paylaşdı. Belə tədbirlərin bir-birimizi daha yaxından tanımaq, daha düzgün qərarlar vermək və perspektivi daha aydın görmək baxımından əvəzsiz rolunu vurğulayan xanım millət vəkili, arzularını da dilə gətirdi: “Mən əslində, arzu etdiyimi deyil, inamımı bildirmək istərdim ki, növbəti belə görüşlərimizi düşmən işğalından azad edəcəyimiz torpaqlarımızda, Qarabağımızda keçirəcək, Novruz tonqallarımızı  Şuşada qalayacağıq!

Bir daha, əziz Novruz bayramı münasibəti ilə hər birinizi, burda iştirak edən qardaşlarımızın timsalında bütün Kərküklü soydaşlarımızı ürəkdən təbrik edir, bu bayramın onların süfrsinə ruzi-bərəkət, evlərinə şadlıq, ellərinə sülh gətirməsini arzulayıram”!

Sonra Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, “Novruz çiçəkləri” antologiyasının tərtibçisi və redaktoru dr. Şəmsəddin Kuzəçi, DGTYB Məsləhət Şurasının üzvü dos.dr. Rəsmiyyə Sabir, İraqın Azərbaycandakı Səfirliyinin müşaviri Abdulhəkim İsmayıl əl-Yass, Məbuat Şurası İH üzvü, CASCFEN başqanı, əməkdar jurnalist  Azər Həsrət və başqaları öz mülahizələrini bölüşdülər.

Tədbirin sonunda ABAİ İB prezidenti, millət vəkili Q.Paşayevaya, “Türk mədəniyyətinə və “Novruz Çiçəkləri” antologiyasının hazırlanmasına qatqılarına görə“ Kərkük Kültür Dərnəyinin (KKD) “Xidmət Şərəf Ödülü” təqdim edildi.

Qənirə Paşayeva da öz növbəsində dr. Ş.Kuzəçini 50 illik yubileyi və başarılı ictimai-ədəbi çalışmaları münasibəti ilə ABAİ İB və DGTYBnin ortaq “Türk Dünyasına Xidmət” plaketi ilə təltif etdi.

Tədbirdə həmçinin bir sıra başqa ziyalılar, şair və yazıçılar, KİV təmsilçiləri də TKM, KKD, DGTYB, CASCFEN və Türk Dünyası Kültür-Sənət Platformu tərəfindən “Fəxri Fərman” və “Diplom”la təltif edildi.

 

 

Advertisements

18.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: