Millət vəkili Q.Paşayeva Trabzonda Şəhid ailələri cəmiyyətini və terrorla mübarizədə şəhid olan insanların ailələrini ziyarət edib

Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ problemi ilə bağlı  Trabzonda konfranslar verən millət vəkili Q.Paşayeva səfər çərçivəsində Şəhid ailələri və Qaziləri cəmiyyətini də ziyarət edib

????????????????????????????????????

Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib:“Bir neçə gün əvvəl yayılmış fotolarda gördünüz ki Xocalı Soyqırımında, Qarabağda törədilən cinayətlərdə birbaşa əli olan Ermənistanın cinayətkar müdafiə naziri Seyran Ohanyan PKK terror təşkilatı sıralarında Türkiyəyə qarşı savaşan birisinin cənasə mərasimizə qatılmışdı və həmin cənazə Ermənistan və PKK terror təşkialatı bayrağına sarılmışdı. Bu bir daha onu göstərir ki, 24 il əvvəl Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab verməyən o canilər indi də Türkiyə əlehinə terrora və terror hadisələrinə dəstək verir. Ona görə də biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə buna nail olacağıq”. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyəti üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə isə biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin deyiblər. Millət vəkili Q. Paşayeva eyni zamanda son günlər terrorla və terror təşkilatları ilə mübarizədə şəhid olan Trabzonlu  şəhidlərin ailələrini də ziyarət edib, onlara azərbaycanlı qardaş-bacıları adından başsağlığı verib. Millət vəkili şəhidlərimizə Allahdan rəhmət, sizə səbr, buradakı insanımıza bir daha belə acılar yaşamamasını diləyir, terroru və arxasında duranları isə lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib: “Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Biz də bu hadisələrdən çox narahatıq və çox üzüldük. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”. Şəhid ailələri bu ziyarəti çox dəyərli hesab etdiklərini deyərək Azərbaycana, oradakı şəhid ailələrimizə də bizim salam və sevgilərimizi söyləyin deyiblər. Azərbaycanlı şəhid ailələrimizin şəhid övladları bizim də övladlarımızdır deyən şəhid ailələri bir millət və iki dövlət olan Azərbaycan və Türkiyənin güclənməsi üçün birliyimiz, bərabərliyimizin daha da gücləməsi ən böyük istəyimizdir deyiblər.  

 

Advertisements

17.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: