Millət vəkili Q.Paşayeva Sakarya valisi ilə görüşdə Azərbaycan terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanındadır deyib

Millət vəkili Q.Paşayeva Sakarya valisi ilə görüşdə Qarabağ həqiqətlərinin bu bölgədə daha geniş yayılması ilə bağlı təkliflərlə çıxış edib.

????????????????????????????????????

Qənirə Paşayevanın Sakarya ilə Azərbaycanın qardaşlaşması təklifi bölgə valisi tərəfindən dəstəklənib.Milli Məclisin üzvü  Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sakaryaya səfəri zamanı Sakarya valisi Hüseyn Avni Coşla görüşüb. Sakarya Universitetində təhsil alan 470-dən çox azərbaycanlı tələbəni birləşdirən Öyrənci Topluluğunun rəhbəri və bir sıra üzvləri də görüşdə iştirak edib. Türkiyədə yaşanan son terror olaylarına toxunan millət vəkili Q.Paşayeva:”Türkiyənin acısı acımız, üzüntüsü üzüntümüzdür. Biz də bu hadisələrdən çox narahatıq və çox üzüldük. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə o cümlədən terrorla mübarizədə hər zaman qardaş Türkiyənin yanındadır”-deyib.
Görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığını deyən millət vəkili bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”.  Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Qənirə Paşayeva Sakarya valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Sakarya arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Sakaryanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.”  Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Sakaryanın da yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”.  Millət vəkili Qənirə Paşayeva Sakarya valisi Hüseyn Avni Coşu ölkəmizə dəvət edib. Sakarya valisi Hüseyn Avni Coş da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik.  Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, – deyə o bildirib.  Q.Paşayeva görüşdə Sakaryada təhsil alan azərbaycanlı tələbələri valiyə təqdim edərək onların bəzi məsələlərinə diqqət göstərilməsini xahiş edib. Universitetdə təhsil alan və maddi imkanları zəif olan bəzi tələbələrə valiliyin dəstək burslarından yararlanması imkanlarının yaradılması və onların müxtəlif dil, sənət kirslarından və idman salonlarından pulsuz yararlana bilməsinə dəstək göstərilməsini validən tələbələr adından xahiş edib. Vali  məsələləri diqqətlə dinləyərək onların öz həllini tapacağına dəstək göstərməyə çalışacağını deyib. Azərbaycanlı Öyrənci Topluluğunun rəhbərliyi  bir sıra fikir və düşüncələrini də görüş zamanı geniş bölüşüblər.  Görüşün sonunda Qənirə Paşayeva Sakarya valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu təqdim edib. Görüşdə iştirak edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Sakarya təmsilçisi Aliq Bağırov da bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb.

 

Advertisements

14.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: