Millət vəkili Qənirə Paşayeva Kırşehirdə Bayırbucak Türkmənlərinə yardım aksiyasında iştirak edib

Millət vəkili Qənirə Paşayeva Kırşehirdə Bayırbucak Türkmənlərinə yardım aksiyasında iştirak edib və Türk dünyasına onlara dəstəklə bağlı çağırış edib. 

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayevanın Türkiyədə Suriya türkmənləri təmsilçiləri ilə görüşündə onlar millət vəkilinə Bayırbucaqda türkmənlərin düşdüyü ağır vəziyyət barədə geniş məlumat veriblər və bütün Türk dünyasından dəstək gözlədiklərini bildiriblər. Millət vəkili Q. Paşayeva Suriya türkmənləri təmsilçiləri ilə görüşündən sonra Kırşehir valiliyi və bələdiyyəsi tərəfindən Suriyanın Bayırbucak bölgəsindəki Türkmənlərə yardım aksiyasında iştirak edib. Millət vəkili Q.Paşayeva aksiyanın keçirildiyi mərkəzi ziyarət edib və bu cür yardım kampaniyalarının həyata keçirilməsi və ağır vəziyyətdə olan Bayırbucaqdakı qardaş-bacılarımıza ehtiyacları olan şeylərin göndərilməsinin vacibliyinə toxunaraq bu işdə əməyi olan hər kəsə təşəkkür edib. Millət vəkilinə aksiya nəticəsində edilən dəstəklərlə bağlı geniş məlumatlar verilib və bildirilib ki, aksiya bundan sonra da davam edəcək. Gün, qardaşlıq günüdür, birlik və bərabərlik günüdür deyən millət vəkili Q. Paşayeva insanımız daha çox acı çəkməməsi, zülm görməməsi üçün birlik və bərabərliyimizi daha da gücləndirməli və onların yanında olmalıyıq deyib. Jurnalistlərə açıqlamasında Türk dünyasına səslənərək bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən bütün türkləri bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram deyən millət vəkili Q. Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində Bayırbucak türkmənlərinə yardım göstərməyə çağırıb. Biz maddi yardımlarla bərabər mənəvi, siyasi dəstəyimizlə də daha çox onların yanında olmalıyıq deyən millət vəkili Qənirə Paşayeva bütün dünyada yaşayan Türk insanını Bayırbucak türkmənlərinin səsi olmağa və onlarla bağlı həqiqətlərin dünyaya daha geniş duyurulmasında fəal olmağa çağırıb. 

Advertisements

11.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: