Millət vəkili Q.Paşayeva Kayseri  valisi ilə görüşdə Qarabağ həqiqətlərinin bu bölgədə daha geniş yayılması ilə bağlı təkliflərlə çıxış edib

Qənirə Paşayevanın Kayserinin Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması təklifi bölgə valisi tərəfindən dəstəklənib və yaxın zamanlarda həyata keçiriləcək deyib. 

????????????????????????????????????

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Kayseriyə səfəri zamanı Kayseri valisi Orhan Düzgünlə görüşüb. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Qənirə Paşayeva  Kayseri valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla  Kayseri  arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Qədim Kayserinin də Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.” Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının növbəti hissəsələrində qədim  Kayserinin də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva  Kayseri valisi Orhan Düzgünü  ölkəmizə dəvət edib. Kayseri valisi Orhan Düzgün öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, – deyə o bildirib və millət vəkilinin Kayserinin Azərbaycan bölgələrindən biri ilə qardaşlaşması təklifini dəstəkləyərək yaxın zamanlarda bu məsələnin öz həllini tapacağını deyib. Millət vəkili Q.Paşayeva görüşdə Kayseridə təhsil alan azərbaycanlı tələbələr barədə valiyəməlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Kayseri valisi Orhan Düzgün  hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Kayseri valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib. Görüşdə iştirak edən araşdırmaçı-yazar  İmdat Avşar da  bir sıra fikir və təkliflərlə çıxış edib, geniş fikir mübadiləsi aparılıb. 

 

Advertisements

05.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: