Millət vəkili Q.Paşayevanın Anadolu Universitetində Qarabağ Mərkəzi təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib

Əskişəhərdə Qarabağ problemi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan  ilə görüşüb

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Türkiyənin ən böyük universiteti olan və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Anadolu Universitetinin Azərbaycanla əməkdaşlığının daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini də qeyd edib. Millət vəkilini universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən Anadolu universitetinin rektoru qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər. Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirən rektor Azərbaycan və Türkiyənin ümummilli lider H.Əliyevin dediyi kimi “bir millət iki dövlət” olduğunu vurğulayan rektor H.Əliyevin 90 illiyi yubileyi ərəfəsində Eskişehirde Anadolu Universitetində Türk dünyasının böyük lideri H.Əliyevin adını daşıyacaq bilim və araşdırma mərkəzinin açıldığını və insanların, gənclərin istifadəsinə verildiyini vurğulayıb. Millət vəkili, Dr. Qənirə Paşayeva Anadolu  universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin, burada təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının müsbət hal olduğunu qeyd edərək, onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Universitetin rektoru professor Naci GündoğanaAzərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib.  Millət vəkili Qənirə Paşayeva Universitetdə  Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Qarabağ mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitet rektoru professor Naci Gündoğan  təklifi dəstəkləyib və  bu məsələyə baxılacağını bildiriblər. Görüş zamanı  Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Anadolu Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onları Azərbaycana dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Universitet rektoru professor Naci Gündoğan  rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf  edəcəyini deyib  və  millət vəkilini universitetdə konfranslar verməyə dəvət edib. Görüşdə iştrak edən Eskişeher Azərbaycan Dərnəyinin rəhbəri Cavd Məmmədov da universitetdə əməkdaşlığın genişlənməsi,burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb

 

Advertisements

04.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: