Millət vəkilinin Balıkesir Universitetində Azərbaycan,Qarabağ Mərkəzi təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib

Millət vəkilinin Balıkesir Universitetində Azərbaycan,Qarabağ Mərkəzi təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib

????????????????????????????????????

Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Balıkesir Üniversiteti Azerbaycanlı Öyrəncilər Başkanı, TurAz Topluluğu Kurucusu və Başkanı İsmayıl Salmanov, Balıkesir Azərbaycan Dərnəyi Başkanı Sayın Ayhan Candemir, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban Balıkesir  Universitetinin rektoru Prof.Dr. Mahir Alkan və rektor müavinləri  ilə görüşüblərMillət vəkilini və təhsil müşavirini  universitetdə salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib. Millət vəkili, Dr. Qənirə Paşayeva Balıkesir universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin  müsbət hal olduğunu qeyd edərək, burada təhsil alan azərbaycanlı tələbələrin burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Universitetin rektoru Prof.Dr. Mahir Alkan Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və Q.Paşayeva bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Prof.Dr. Mahir Alkan  Universitetinin rektoru təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Balıkesir Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib və onu Azərbaycana  dəvət  edib.  Dəvəti məmnuniyyətlə qəbul edən rektor Prof.Dr. Mahir Alkan  rəhbərlik etdiyi  universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf  edəcəyini deyib  və  millət vəkilini universitetdə konfranslar verməyə dəvət edib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, Dos.Dr. Vəfa Qurban da universitetdə əməkdaşlığın genişlənməsi,burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış ediblər və geniş fikir mübadiləsi aparılıb.

 

Advertisements

03.03.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: