Millət vəkili Q.Paşayevanın Əskişəhərdə Azərbaycan parkı təklifini bələdyyə başqanı dəstəkləyib

Türkiyənin Əskişəhər bölgəsində Xocalı Soyqırımı ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Əskişəhər  bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşen ilə görüşüb

????????????????????????????????????

Görüş zamanı Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq  Qarabağ problemi,  Xocalı  soyqırımı,  qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş fikir mübadiləsi aparıb və  yaxın  zamanlarda Əskişəhərdə  mərkəzi  parklardan birinə ” Azərbaycan” adının veriləcəyinə inandığını deyib və Əskişəhər bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət vəkili bildirib ki, gənc nəsillərimizin tarixi həqiqətlərimizi daha yaxından öyrənmələri, bir-birimizə daha çox sahib çıxmaları üçün onlarla müxtəlif bölgə və universitetlərdə bu istiqamətdə görüşlərin təşkil edilməsi, konfranslar və müzakirələrin artmasına böyük ehtiyac var. O, Əskişəhərdə də Azərbaycan, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərini  insanlarımıza, böyüyən nəsillərimizə daha geniş anladılmasının önəmindən danışıb. Millət vəkili Q. Paşayeva iki qardaş ölkənin bölgələri arasında əməkdaşlıqların daha da geişləndiyinə diqqət çəkərək Əskişəhərlə Azərbaycan arasında da bütün istiqamətlərdə əməkdaşlığın daha da artacağına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən Əskişəhər  bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşen Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın  Əskişəhərdə Azərbaycan parkı ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə baxılacağını deyib. Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Əskişəhərin də yer alacağını bildirib: “Azərbaycan insanına Əskişəhəri daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Əskişəhər Azərbaycan Dərnəyi Başkanı Cavid Məmmədov, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban da  bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Q.Paşayeva Əskişəhər  bələdiyyə başçısı Prof. Dr. Yılmaz Böyükerşeni ölkəmizə dəvət edib, ona Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar və həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hediyyə edib.

 

Advertisements

27.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: