Millət vəkili Q.Paşayeva İzmitdə Xocalı Soyqırımı ilə bağlı çağırış edib.

Millət vəkili  Q.Paşayeva İzmitdə Xocalı Soyqırımı ilə bağlı çağırış edib.

????????????????????????????????????

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İzmit bələdiyyəsinin dəstəyi ilə izmitdə Xocalı Soyqırımı abidəsi önündə təşkil etdiyi tədbirə çoxlu sayda insanlar qatılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Türkiyə Azərbaycan  Dərnəkləri  Federasiyasının rəhbəri Bilal Dündar, İzmit bələdiyyı başqan yardımçısı İbrahim Bulut Xocalı Soyqırımı ilə bağlı geniş çıxış edərək,  bu soyqırımı unutmayacağıq və unutdurmayacağıq deyiblər. Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva Xocalı Soyqırımı barədə geniş çıxış edərək bu soyqırımı törədənlər indi də  Türkiyə əlehinə fəaliyyət göstərən terror təşkilatlarına yardım edirlər və biz bu canilərin ədalət qarşısında cavab vermələri üçün birlikdə daha da çox çalışmalıyıq deyib. Bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyən Q.Paşayeva dünyada yaşayan bütün Türk kökənli insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışııb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, ictimai fəalların və Azərbaycandan 20-dən artıq qeyri-hökumət təşkilatının qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Xocalıda və Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə anırıq deyərək bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışaraq güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər.Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar.  Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı  həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Millət vəkili Q.Paşayeva dünyaya da səslənərək:” işğalçı, soyqırım törədən,terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın əməllərinə artıq duyarsız qalmayın, biz sizi insanlıq naminə Xocalıya ədalət deyənlərin yanında olmağa və bu cinayəti törədnlərin ədalət qarşısında cavab verməsinə yardımçı olmağa çağırırıq” deyib. Tədbirin sonunda Xocalı Soyqırımı abidəsinin önünə qərənfillər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub.

 

Advertisements

26.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: