Millət vəkili Q.Paşayeva Sakaryada Türk dünyasının hər tərəfindən gəlmiş tələbələrə Xocalı çağırışı edib

Millət vəkili Q.Paşayeva Sakaryada Türk dünyasının hər tərəfindən gəlmiş tələbələrə Xocalı çağırışı edib.

????????????????????????????????????

Sakarya Universiterində Xocalı Soyqırımı ilə bağlı çıxış edən millət vəkili Türk dünyasının hər tərəfindən gəlmiş gənclərə çağırışı edərək bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyib. Sakarya Öyrənci Konseyi, Sakarya Azərbaycan Öyrənci Topluluğu, Türkiyə Azərbaycan Dərnəklərinin Sakarya Təmsilçiliyi, İNDEX  birlikdə Sakarya Universitetində təşkil etdiyi tədbirdə çıxış edən Qənirə Paşayeva Türk kökənli bütün insanlarımızı  Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışııb. Sakarya Universitetində Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tələbələrə səslənərək birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunun getdikcə daha da gərginləşən dünya və bölgəmizdə  daha çox fərqində olmalısınız deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva bildirib ki, hər ay bir əcnəbi ilə dostluq quraraq ona tarixi gerəkliklər barədə məlumat verərsəniz, bu ildə 12 nəfərin türk tarixi barədə məlumatlı olmasına səbəb olar. Bu məsələdə hər birimiz daha da duyarlı olmalıyıq.   Q.Paşayeva  Sakaryanın mərkəzi parklarından birinə Qarabağ adının verilməsi və orada Xocalı Soyqırımı qurbanlarını xatirəsinə abidənin ucalması ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Azərbaycanda Qarabağda, Xocalıda, Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Millət vəkili tədbirin sonunda tədbir  iştirakçılarına İmdat Avşarla birlikdə hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabını imzalayaraq hədiyyə edib.

 

Advertisements

25.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: