Sakaryada yaxın zamanlarda Qarabağ parkı açılacaq və Xocalı Soyqırımı abidəsi ucaldılacaq

Sakaryada yaxın zamanlarda Qarabağ parkı açılacaq və Xocalı Soyqırımı abidəsi ucaldılacaq. Bu gün bununla bağlı Sakarya bələdiyyəsində protokol imzalanıb.

????????????????????????????????????

Bununla bağlı Sakarya bələdiyyə başçısı Zəki Toçoğlu, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayeva, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Sakarya təmsilçisi Aliq Bağırov arasında bu gün Sakarya bələdiyyə binasında protokol imzalanıb. Rəsmi protokolun imzalanması mərasimində millət vəkili Q. Paşayeva Sakarya bələdiyyəsinin bu addımının nə qədər böyük önəm daşıması barədə geniş şəkildə fikirlərini bildirib. Millət vəkili bələdiyyə başkanı ilə bundan əvvəlki görüşündə Sakaryada Qarabağ parkı salınması və Xocalı Soyqırımına abidə qoyulması ilə bağlı özünün və Azərbaycanlı tələbələrin təmsilçilərinin təkliflə çıxış etdiyini xatırladaraq Z. Tacoğluna təklifimizi müsbət dəyərləndirdiyiniz üçün təşəkkür edirik deyib. Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili Q.Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib. “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir”, – deyən millət vəkili Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdiyindən məmnunluğunu ifadə edib və bu əlaqələrin getdikdə daha güclənəcəyinə inandığını deyib. Qədim Sakaryanı Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmış bələdiyyə, şəhər görmək istəyirik deyən millət vəkili Q.Paşayeva bələdiyyə başqanı Z.Toçoğlu ilə keçən görüşündə səsləndirdiyi təklifini bir daha səsləndirib və onun da yaxın zamanlarda reallaşacağına inandığını deyərək bələdiyyə başqanını Azərbaycana dəvət edib. Sakaryanın Azərbaycan bölgələrindən biri ilə qardaşlaşmış şəhər, bələdiyyə olması məsələsinə qısa zamanda baxılacağını və həllini tapacağını deyən bələdiyyə başçısı Z. Toçoğlu Azərbaycanı çox sevdiyini və Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini deyib.  Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də geniş danışıb. Millət vəkili Q.Paşayeva digər bələdiyyələrin ərazilərində də  Qarabağ, Xocalı, Şuşa və Azərbaycanın digər işğal altında olan bölgələrinin adlarına parkların salınmasının önəmindən də danışıb. Azərbaycana dəvəti böyük məmuniyyətlə qəbul edərək yaxın zamanlarda Azərbaycana səfər edəcəyini bildirən Sakarya bələdiyyə başqanı Z.Toçoğlu qısa zamanda Sakaryada  Qarabağ parkı  və  Xocalı Soyqırımı abidəsi açılacağını deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki ölkə arasında iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib.  Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Sakarya təmsilçisi Aliq Bağırov da bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı Sakaryada  təhsil alan tələbələrimizlə bağlı məsələlər də  xüsusi diqqət mərkəzində olub. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sakarya Böyükşəhər Bələdiyyə başkanı Z.Toçoğluna  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını təqdim edib. Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da bələdiyyə başqanına Azərbaycan həqiqətləri ilə bağlı materiallar təqdim edib, fikirlərini bölüşüblər.

 

Advertisements

24.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: