Fevralın 27-də İzmirdə Xocalı Soyqırımı abidəsinin, Azərbaycan Dostluq parkının açılışı olacaq

Millət vəkili Q.Paşayeva İzmir Böyük Şəhər Bələdiyyə başqanı A.Kocaoğlu ilə Xocalı Soyqırımı ilə bağlı müzakirələr aparıb.

????????????????????????????????????

Türkiyənin İzmir şəhərində Xocalı Soyqırımı ilə bağlı konfrans verməyə gedən deputat Qənirə Paşayeva İzmir Böyükşəhər Bələdiyyə başkanı Aziz Kocaoğlu ilə görüşüb. Görüş zamanı deputat bələdiyyə başkanı ilə bundan əvvəlki görüşündə Bakı ilə qardaşlaşmış şəhər olan İzmirdə şəhər mərkəzində Azərbaycan, Bakı  parkının  salınması təklifi ilə çıxış etdiyini və burada bir abidənin qoyulmasının, Azərbaycan mədəniyyətini tanıdan mərkəzin qurulmasının qardaş  şəhərlər  və ölkələr arasında münasibətlərə müsbət təsiri ilə bağlı fikirlərini xatırladaraq Aziz Kocaoğluna  onun,  İzmirdə yaşayan Azərbaycan türklərinin və təşkilatlarının bu təklifini müsbət dəyərləndirdiyi üçün təşəkkürünü bildirib və inanırıq ki, çox yaxın zamanlarda bu layihə yüksək səviyyədə başa çatacaq deyib.  Azərbaycan ilə Türkiyənin  bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili  Azərbaycanın daim  qardaş Türkiyənin yanında olduğunu deyib. “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir”, – deyən millət vəkili  Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdiyindən məmnunluğunu  ifadə edib və bu əlaqələrin getdikdə daha güclənəcəyinə inandığını deyib. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı  geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar,  tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.   Xocalı Soyqırımının 24-ci ildönümü ilə bağlı təşkil edilən konfransda iştirak etmək üçün İzmir şəhərinə səfər etdiyini bildirən millət vəkili Qənirə Paşayeva İzmirdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət  Evi və Dayanışma Dərnəyi və Bornova bələdiyyəsinin birlikdə İzmirdə,  Bornovada  Xocalı  Soyqırımı qurbanlarının xatirəsinə abidənin qoyulmasını, Azərbaycan Dostluq parkının salınmasını və fevralın 27-də keçiriləcək açılış mərasimini yüksək qiymətləndirib və bu kimi addınların önəmindən danışıb. Bornovanı ziyarət etdiyini, bələdiyyə başqanı, məclis üzvlərinə, Azərbaycan Mədəniyyət  Evi və Dayanışma Dərnəyinə təşəkkürünü bildirdiyini deyən millət vəkili Q.Paşayeva parka baş çəkəcəyini də vurğulayıb və digər bələdiyyələrin ərazilərində də Qarabağ, Xocalı, Şuşa və Azərbaycanın digər işğal altında olan bölgələrinin adlarına parkların salınmasının önəmindən danışıb.  Azərbaycanda hər zaman İzmirə böyük bir sevgi olduğunu vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanın qardaş Türkiyədəki sərmayələrinin böyük bir hissəsini də məhz İzmirdə qoyduğunu qeyd edib və bu böyük layihələrin iki qardaş ölkə üçün əhəmiyyətini xüsusi vurğulayıb.  Millət vəkili  Qənirə Paşayeva İzmir Böyükşəhər Bələdiyyə başkanı Aziz Kocaoğlunu Azərbaycana səfər etməyə dəvət edib. İzmir Böyükşəhər Bələdiyyə  başkanı Aziz Kocaoğlu  dəvəti qəbul edərək böyük məmnuniyyətlə yaxın  zamanlarda Azərbaycana səfər edəcəyini bildirib. Aziz Kocaoğlu yaxın zamanlarda İzmir şəhərində Azərbaycan parkının salınması istiqamətində işlərin aparılacağını deyib. İzmir Böyükşəhər Bələdiyyə başkanı Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq,  iki ölkə arasında  iş birliyinin daha da genişləndirilməsinin  önəmli  olduğunu söylədi.  İzmir  Böyükşəhər Bələdiyyə başkanı Aziz Kocaoğlu Azərbaycan dövlətinin İzmirdə,  Aliağada təkcə İzmirin deyil   Türkiyənin inkişafına  yönələn  sərmayələr  qoymasına xüsusi diqqət çəkərək  iki  qardaş ölkə  və  şəhər arasında əlaqələrin daha da genişlənməsindən məmuniyyət duyduğunu deyib və bu əməkdaşlığın daha da genişlənməsi üçün səyləri daha da artıracaqlarını deyib. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, müavini Cavid Əliyev də bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb. İzmirdə təhsil alan tələbələrimiz müzakirə zamanı xüsusi diqqət mərkəzində olub. Onların yataqxanalarla təmin edilməsi, bələdiyyənin idman müəsisələrindən pulsuz istifadə edə bilmələri, bələdiyyələrin dəstəyi ilə həyata keçirilən xarici dil, rəsm və.s kimi kurslardan pulsuz yararlana bilmə imkanları barədə geniş müzakirələr olub. İzmir  Böyükşəhər Bələdiyyə başkanı Aziz Kocaoğlu millət vəkili Q. Paşayevanın,  Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, müavini Cavid Əliyevin bu istiqamətdə təklif və fikirlərini dəstəkləyərək bələdiyyə tərəfindən qaldırılan məsələlərdə tələbələrə bütün köməklikləri etməyə hazırıq deyib.  Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İzmir Böyükşəhər Bələdiyyə başkanı  Aziz Kocaoğluna  Azərbaycan  həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair materiallar və özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını təqdim edib.

 

Advertisements

24.02.2016 tarixində Uncategorized içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: